Yanaşma

AXOX-un müalicəsinin əsas məqsədləri simptomların qarşısını almaq və onlara nəzarət etmək, ağırlaşmanı və çoxsaylı kəskinləşmələri azaltmaq, məşqetmə dözümlülüyünü artırmaq üçün nəfəsalma tutumunu yaxşılaşdırmaq və ölüm göstəricisini azaltmaqdır.[1] Müalicədə mərhələli yanaşma var, lakin müalicəyə ümumi sağlamlıq vəziyyətinə və yanaşı xəstəliklərə görə fərdi yanaşmanı yadda saxlamaq vacibdir.

Müalicəvi yanaşmaya məruzqalma risk faktorunu azaltmaq, xəstəliyin müvafiq qiymətləndirilməsi, xəstənin təhsili, stabil AXOX-un farmakoloji və qeyri-farmakoloji müalicəsi və kəskin AXOX ağırlaşmalarının müalicəsi daxildir.

Xəstəliyin davamlı qiymətləndirilməsi və monitorinqi

AXOX zamanı davamlı monitorinq və qiymətləndirmə müalicə məqsədlərinə çatmağı təmin edir. Həyat keyfiyyəti və xəstələrin rifahı yaxşılaşır və xəstəliyin öz-özünə və ya professional nəzarət edildiyi vəziyyətlərdə hospitalizasiya sayları əhəmiyyətli dərəcədə azalır.[30] Xəstəlik tarixçəsinin belə qiymətləndirilməsi aşağıdakılardan ibarət olmalıdır:

Risk faktorlarının təsiri və qabaqlayıcı tədbirlər:

  • Siqaretçəkmə

  • Peşə ilə əlaqədar təsirlər (tüstü, toz və s.)

  • Qrip və pnevmokok əleyhinə vaksinasiya.

Xəstəliyin proqressivləşməsi və ağırlaşmaların artması:

  • Məşqetmə dözümlülüyünün azalması

  • Simptomların artması

  • Yuxu keyfiyyətinin pisləşməsi

  • İş və digər fəaliyyətlərin buraxılması.

Farmakoterapiya və digər müalicə yanaşması:

  • Xilasetmə inhalyatoru hansı tezliklə istifadə edilir

  • Hər hansı yeni dərman preparatları

  • Tibbi rejimin müvafiqliyi

  • İnhalyatoru düzgün qaydada istifadə edə bilmək bacarığı

  • Əks-təsirlər.

Kəskinləşmə anamnezi

  • Təcili tibbi yardım və ya təcili yardım şöbəsinə müraciət

  • Sonuncu peroral kortikosteroid qəbulu

  • Tezliyi, şiddətliliyi və ehtimal edilən kəskinləşmə səbəbləri qiymətləndirilməlidir.

Yanaşı xəstəliklər:

  • Yanaşı problemlərin qiymətləndirilməsi (məsələn, ürək çatışmazlığı).

Əlavə olaraq, simptomlarda mühüm artım olarsa, ağciyər funksiyalarının obyektiv qiymətləndirilməsi illik əsaslarda və ya daha tez-tez əldə edilməlidir.

Bir neçə ixtisaslı mütəxəssisin (fizioterapevt, pulmonoloq, tibb bacısı və s.) kompleks xəstəlik müalicəsində xəstələrlə bir yerdə çalışmaqları nəticəsində xəstələrin həyat keyfiyyəti yaxşılaşmış və xəstəxanaya hospitalizasiya sayları azalmışdır.[31] [ Cochrane Clinical Answers logo ]

Kəskin ağırlaşmalar

AXOX-un kəskinləşməsi xəstənin ilkin təngnəfəslik, öskürək və ya bəlğəmindəki dəyişikliklər vasitəsilə xarakterizə edilən haldır, bu, normal gündəlik dəyişikliklər xaricindədir və başlanması kəskindir.

Xəstələr simptomların və yanaşı xəstəliklərin ağırlığından asılı olaraq, ya stasionar, ya da ambulator xəstə kimi müalicə edilə bilərlər. Hospitalizasiya üçün göstərişlərə əhəmiyyətli yanaşı xəstəliklər (ürək çatışmazlığı, aritmiyalar, böyrək xəstəliyi), ambulator müalicənin uğursuz olması, qaz mübadiləsinin pisləşməsi və ya evdə öhdəsindən gələ bilməmək daxildir.[1]

İTŞ-yə qəbul respirator funksiya pozğunluğu (hipoksemiya və ya hiperkapniya), kəskin tənəffüs asidozu və ya hemodinamik qeyri-sabitliyi olan və mexaniki ventilyasiya tələb edən xəstələr üçün nəzərdə tutulub.[1] Qeyri-invaziv pozitiv tənəffüs yolları təzyiqi və/və ya mexaniki ventilyasiyanın istifadəsi AXOX-un kəskinləşmələrinin ağır hallarında qaçılmaz ola bilər.[32][33]

İnfeksiyalar AXOX-un kəskinləşməsinin ən çox rast gələn səbəblərindəndir. İnfeksiyaya şübhəli xəstəlik hadisələrində empirik antibiotiklərin istifadəsi, adətən, məqsədəuyğundur, çünki onların xüsusilə İTŞ-yə yerləşdirilmiş xəstələr üçün ağciyər funksiyasına və xəstəliyin davametmə müddəti ərzində, o cümlədən, təngnəfəslik, öskürək və irinli bəlğəm üçün də potensial faydaları var.[34][35] [ Cochrane Clinical Answers logo ] Antibiotik seçimi kəskinləşmənin ağırlığına və ya xəstənin xəstəxanada müalicə edilib-edilməməsinə görə aparılmalıdır.[34][36][37][38]

Bronxodilatatorlar həm oksigenlə, həm də onsuz göstəriş olunur. Peroral kortikosteroidlər, həmçinin, nəzərə alınmalıdır.[1] Kortikosteroid müalicəsinin qısa kursu (məs., adətən 5 gün) 10-14 günlük kurs kimi effektiv olur.[39][40] [ Cochrane Clinical Answers logo ] Kəskinləşmənin müalicəsinə ehtiyac olduqda, peroral və ya parenteral müalicə inhalyasion kortikosteroidlərdən daha üstündür.[41][42] Peroral prednizolonun (40 mq/gün) 5 günlük kursu Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi üzrə Qlobal Təşəbbüs təlimatları tərəfindən tövsiyə edilir.[1] Parenteral müalicənin residivlər, uğursuz müalicə və ya ölüm göstəricisi ilə bağlı peroral müalicədən daha üstün olmasına dair heç bir sübut yoxdur. Parenteral terapiya zamanı yan təsirlər riski daha yüksək olur.[42]

Xroniki müalicə: AOXQ sinfinə görə mərhələli terapiya

AOXQ təlimatları[1] farmakoloji terapiyaya mərhələli yanaşmanı tövsiyə edir:

  • A qrupu xəstələri üçün (az sayda simptomlar və aşağı riskli kəskinləşmələr) bronxodilatatorlar ilkin müalicə xətti kimi təklif edilir. Bu, həm qısamüddətli, həm də uzunmüddətli təsirə malik bronxodilatator ola bilər. Simptomatik fayda qeyd olunduqda, bunu davam etmək lazımdır.

  • B qrupu xəstələri üçün (çox sayda simptomlar və aşağı riskli kəskinləşmələr) uzunmüddətli bronxodilatatorlar ilkin müalicə xətti kimi təklif edilir. Əgər bir uzunmüddətli bronxodilatatorun istifadəsi zamanı xəstədə davamlı simptomlar qeyd olunursa, 2 bronxodilatator istifadə olunmalıdır. Ağır təngnəfəsliyi olan xəstələr üçün 2 bronxodilatatorla ilkin müalicə məqsədəuyğun hesab edilə bilər. Elmə əsaslanan faktlar A

  • C qrupu xəstələri üçün (az sayda simptomlar, lakin daha yüksək riskli kəskinləşmələr) ilkin sıra müalicəsi uzunmüddətli bronxodilatator olmalıdır, AOXQ isə bu qrupun müalicəsini uzunmüddətli muskarin antaqonisti (LAMA) ilə başlamağı tövsiyə edir. [ Cochrane Clinical Answers logo ] Növbəti ağırlaşmaları olan xəstələr ikinci uzunmüddətli bronxodilatatorun əlavə edilməsi (uzunmüddətli beta-2-aqonisti [LABA] və ya LAMA) və ya LABA və inhalyasion kortikosteroidlərin (ICS) kombinasiyasından faydalana bilərlər. AOXQ LABA/LAMA kombinasiyasını, LABA/ICS kombinasiyası ilə müqayisədə, daha üstün hesab edir, cünki ICS bəzi xəstələrdə pnevmoniyanın inkişafı riskini yüksəldir. [ Cochrane Clinical Answers logo ]

  • D qrupu xəstələri üçün (çox sayda simptomlar və yüksək riskli kəskinləşmələr) AOXQ LABA/LAMA kombinasiyası ilə müalicəyə başlamağı tövsiyə edir. Əgər xəstələr LABA/LAMA-da olarkən növbəti kəskinləşmələrlə qarşılaşırsa, onlar ya LABA/LAMA/ICS, ya da ki, LABA/ICS-ə keçə bilərlər. Əgər LABA/LAMA/ICS alan xəstələrdə hələ də kəskinləşmələr varsa, bu zaman roflumilast və ya makrolid əlavə olunmalı və ya ICS dayandırılmalıdır.

Bütün xəstələr maarifləndirilmə, vaksinasiya və siqaretçəkmənin tərgidilməsi üzrə müdaxilələrə namizəddirlər. Elmə əsaslanan faktlar A

Bronxodilatator müalicəsi seçimləri

AXOX-un müalicəsində beta aqonistlər geniş istifadə olunur. Elmə əsaslanan faktlar A Onlar hüceyrədaxili cAMP-ı artıraraq, respirator saya əzələlərinin relaksasiyasına və tənəffüs yolları müqavimətinin azalmasına səbəb olurlar. Onlar qısamüddətli və uzunmüddətli preparatlar kimi mövcuddur. Qısamüddətli beta-2 aqonistləri ağciyər funksiyalarını və təngnəfəsliyi yaxşılaşdırır və həyat keyfiyyətini yüksəldir. Xəstə uzunmüddətli beta-2 aqonistləri ilə müalicə aldıqda, bu vasitələr xilasedici terapiya kimi istifadə oluna bilər.[43] LABA ağciyər funksiyalarını, təngnəfəsliyi yaxşılaşdırır, kəskinləşmələrin tezliyini və hospitalizasiyaların sayını azaldır, lakin ölüm göstəricilərinə və ağciyər funksiyalarının pisləşmə sürətinə təsir göstərmir.[1]

Muskarin antaqonisti antixolinergik preparat növüdür və tənəffüs yollarının saya əzələlərindəki xolinergik reseptorları bloklayaraq, bronxolitik vasitə kimi fəaliyyət göstərir. Bu, əzələnin dincəlməsinə səbəb olur və hava axınının məhdudlaşmasını azaldır. Elmə əsaslanan faktlar B İnhalyasion muskarin antaqonistləri həm qısa, həm də uzunmüddətli təsirə malik preparatlar kimi mövcuddur. [ Cochrane Clinical Answers logo ] Məlum olmuşdur ki, tiotropium, LAMA, plasebo və ya digər dəstəkləyici vasitələrlə müqayisədə, kəskinləşmə riskini azaldır.[44]Aklidinium, qlikopironium və umeklidinium kimi yeni LAMA-lar ilkin FEV1 səviyyəsinə, tranzitor təngnəfəsliyin fokal qiymətləndirilməsi indeksinə, Müqəddəs Georgiy respirator qiymətləndirmə anketinə və xilasedici dərmanların istifadəsinə görə tiotropiumla müqayisə olunan effektivliyə malikdirlər.[45]Qısamüddətli muskarin antaqonistləri qəbul edən xəstələrin və LAMA-lar qəbul edən xəstələrin üzərində aparılmış bəzi tədqiqatlarda ürək-damar xəstəliklərindən ölüm göstəricisinin artmasına işarə edən məlumatlar vardır.[46][47]Əhaliyə əsaslanan koqorta tədqiqatında məlum olmuşdur ki, bu yaxınlarda LAMA-ya başlamış AXOX-lu yaşlı kişilər sidik yollarının infeksiyalarına görə yüksək riskə məruz qalır.[48]

Beta-aqonist və muskarin antaqonistləri bu səbəbdən müxtəlif yollarla bronxodilatasiya təsirini təmin edir. Onların kombinasiyası hər bir sinfin xoşagəlməz təsirlərini artırmadan daha yaxşı müalicəvi effekt verə bilər.[49][50][51][52] Elmə əsaslanan faktlar A LABA/ICS kombinasiyası ilə müqayisədə, LABA/LAMA kombinasiyası daha az kəskinləşmə, FEV1-in daha çox yaxşılaşması, daha aşağı pnevmoniya riski və çox vaxt həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olur.[53]Sistematik icmal və metaanaliz göstərmişdir ki, bütün LABA/LAMA fiksə olunmuş doza kombinasiyaları eyni effektivlik və təhlükəsizliyə malikdir.[54]

Stabil AXOX zamanı bir preparatla müalicəyə qərar verilərsə, LAMA preparatları LABA-lardan daha üstün hesab edilir.[49] Kliniki sınaqlar göstərmişdir ki, LAMA-lar, LABA-larla müqayisədə, kəskinləşmələrin rastgəlmə tezliyinin azalmasına daha çox təsir göstərir.[55][56] LAMA-ların uzunmüddətli təhlükəsizliyi UPLIFT sınaqlarında nümayiş etdirilmişdir.[57] Yuxarıda qeyd edildiyi kimi, AOXQ xəstələrin risk qrupuna (A,B,C və ya D) əsasən ilkin müalicə vasitəsinə dair tövsiyələr verir.[1]

Teofillin (metilksantin preparatı) cAMP-ı artırma və sonrakı tənəffüs saya əzələlərinin dincəlməsi vasitəsilə fəaliyyət göstərən bronxodilatatordur. Bu, adətən, məhdud potensial, məhdud müalicəvi pəncərə, yüksəkriskli profil və tez-tez görünən dərmanların qarşılıqlı təsirinə görə istifadə olunmur. İnhalyasion müalicə hava yollarının obstruksiyasından azad olmaqda kifayət etməzsə, davamlı simptomlar üçün teofillin göstərişdir. Elmə əsaslanan faktlar A Teofillin orta-ağır AXOX-da ağciyər funksiyası üzrə ən adi təsirlərə malikdir.[58]

Umeklidinium/vilanterol AXOX zamanı istifadə üçün qəbul olunmuş LABA/LAMA kombinasiyasıdır.[59] Qlikopironium/formoterol fumarat daha bir LABA/LAMA kombinasiyasıdır və o, indakaterol/qlikopironium kimi,[60] AXOX xəstələri üçün qəbul edilmişdir.[61][62] Gündə 1 dəfə inhalyasiya mülayim və ağır AXOX xəstələrində qlikopironium üstəgəl tiotropiumun birgə istifadəsi və AXOX kəskinləşməsinin qarşısını almaqda[63] salmeterol/flutikason ilə müqayisədə, yüksək effektivlik göstərir.[64]

İnhalyasion kortikosteroidlər

İnhalyasion kortikosteroidlər tez-tez kəskinləşmədən əziyyət çəkən AXOX-un irəliləmiş mərhələlərində olan xəstələr üçün göstərişdir.[65] Onlar xəstənin bronxodilatator müalicəsinə əlavə edilməlidir və monoterapiya qismində istifadə edilməməlidirlər.[1] İltihab əleyhinə təsirlərinə görə inhalyasion kortikosteroidlərin effektivliyi inandırıcıdır. Uzunmüddətli kortikosteroid istifadəsi xilasedici müalicənin istifadəsinə ehtiyacı və kəskinləşmələrin sayını azaldır, həmçinin, ölüm göstəricisini də azaldır.[66][67] [ Cochrane Clinical Answers logo ] Bir neçə tədqiqatda AXOX xəstələrinin inhalyasion kortikosteroid qəbul etməsi ilə əlaqədar pnevmoniya riskinin artması vurğulanıb.[68] Bu risk, budezonidlə müqayisədə, flutikazon üçün bir qədər yüksəkdir.[69] Sistematik icmal və metaanaliz göstərmişdir ki, idarə olunmayan və inhalyasion kortikosteroidlərin istifadəsi ilə əlaqəli olan pnevmoniya riskinin əhəmiyyətli artmasına baxmayaraq, pnevmoniyadan ölüm və ümumi ölüm göstəriciləri randomizə olunmuş nəzarət olunan tədqiqatlarda artmamış, müşahidə tədqiqatlarında isə azalmışdır.[70]Deməli, xəstədə pnevmoniya riskinin kəskinləşmələrin sayının azalması ilə müqayisəsini qiymətləndirən fərdi müalicə yanaşması tətbiq olunmalıdır.[68][71][72] Həmçinin, inhalyasion kortikosteroid müalicəsini qəbul edən AXOX-lu böyüklərdə vərəm və qrip riskinin artması ilə bağlı narahatlıqlar yaranmışdır.[73]

GOLD təlimatlarına əsasən, A-dan D-yə qədər istənilən xəstə qrupunda birinci sıra müalicəsi kimi inhalyasion kortikosteroidlərin istifadəsi tövsiyə olunmur. Onlar yalnız uzunmüddətli bronxodilatatorun istifadəsinə baxmayaraq, kəskinləşməsi davam edən xəstələrin müalicəsinin genişləndirilməsi çərçivəsində tövsiyə olunur.[1]

Fosfodiesteraza-4 inhibitorları

Roflumilast peroral fosfodiesteraza-4 inhibitorudur və o, tez-tez kəskinləşmə riskinə məruz qalan və uzunmüddətli bronxodilatatorlarla müvafiq nəzarət olunmayan D qrupu xəstələrində kəskinləşmələri azaltmağa kömək edir.[1] Bu preparat ağciyər funksiyasının yaxşılaşmasında faydalıdır və kəskinləşmə ehtimalını azaldır. Lakin həyat keyfiyyətinə və simptomlara onun az təsiri var.[74]

Bronxodilatator və kortikosteroid preparatlarının kombinasiyası

Uzunmüddətli bronxodilatator və inhalyasion kortikosteroid preparatlarından ibarət kombinasiya hər iki preparatı tələb edən xəstələrdə istifadə oluna bilər. Bu, rahatdır və bəzi xəstələrə uyğunlaşmada kömək edə bilər. Bu sinifdə müvafiq terapiyanın təyini dərmanların əlçatanlığı, xəstənin fərdi reaksiyası və seçiminə əsaslanır.[75] İnhalyasion kortikosteroid və uzunmüddətli beta-2 aqonisti kombinasiyası ilə müalicə preparatın tək istifadəsindən üstündür.[76][77] [ Cochrane Clinical Answers logo ] Kombinasiya ayrı-ayrı inhalyatorlarda və ya eyni inhalyatorda təmin edilə bilər.

Çoxsaylı tədqiqatlar AXOX-un mülayim və ağır kəskinləşmələrinə və hospitalizasiyaların rastgəlmə tezliyinə görə LABA/LAMA/ICS kombinasiyası ilə üçlü müalicənin, bir və ya LABA/LAMA və ya LABA/ICS kombinasiyası ilə ikili müalicədən[78][79][80][81]daha üstün olduğunu dəstəkləyir.[82][83]

Xəstələrin maarifləndirilməsi və özünümüalicə

Bütün xəstələr bu xəstəlik kursu, simptomların kəskinləşməsi və ya dekompensasiya barədə yaxşı maarifləndirilməlidirlər. Onların xəstəlik, müalicə və proqnoz haqqında gözləntiləri real olmalıdır. Ağciyər funksiyasındakı uzunmüddətli azalmanı dəyişdirən hər hansı dərmanın göstərilmədiyini yadda saxlamaq vacibdir və farmakoterapiyanın başlıca məqsədi simptomlara nəzarət etmək və ağırlaşmaların qarşısını almaqdır.

Bir Koxreyn tədqiqatında ağır AXOX kəskinləşmələri üçün tədbirlər planında nəzərdə tutulmuş özünümüalicə tədbirləri sağlamlıqla bağlı həyat tərzinin yaxşılaşdırılması və respirator xəstəliklər səbəbindən xəstəxanaya müraciətlərin sayının azalması ilə əlaqəli olduğu göstərilmişdir. Tədqiqat təhlili zamanı adi tibbi müdaxilə ilə müqayisədə, özünümüalicə nəticəsində respirator səbəblərdən ölüm göstəricisinin daha yüksək olduğu müəyyən edilmişdir, baxmayaraq ki, bütün səbəblərdən ölüm riskinin artması qeyd olunmamışdır.[84]

Bir randomizə olunmuş nəzarət olunan tədqiqatda məlum olmuşdur ki, yüngül AXOX xəstələrində ilkin tibbi yardım səviyyəsində telefon vasitəsilə sağlamlığa nəzarət özünümüalicə üzrə fəaliyyətin yaxşılaşdırılmasına səbəb olmuşdur, lakin sağlamlıqla bağlı həyat keyfiyyətini yaxşılaşdırmamışdır.[85]

Fiziki aktivlik bütün AXOX xəstələrinə tövsiyə edilir.[1]Bir sistematik icmal və randomizə olunmuş nəzarət olunan tədqiqatların metaanalizində müəyyən olunmuşdur ki, AXOX zamanı sərbəst məşqlər fiziki aktivliyi yaxşılaşdıra bilər və fiziki aktivliklə bağlı konsultasiyaların əlavə olunması ilə daha yaxşı nəticələr əldə oluna bilər.[86]Digər sistematik icmal və metaanalizdə müəyyən olunmuşdur ki, aerobika tapşırıqları və güc məşqlərinin kombinasiyası, güc məşqləri və ya 6 dəqiqəlik yerimə distansiyasının artırılması üzrə dözümlülük məşqləri ilə müqayisədə, daha effektiv olmuşdur.[87]

Siqaretçəkmənin tərgidilməsi və vaksinasiya

Bütün xəstələr siqaretçəkməni tərgitməyə təşviq edilməli, peşə fəaliyyəti zamanı və ya ətraf mühit vasitəsilə tütün tüstüsünə məruzqalmadan çəkinmək üzrə təlimatlandırılmalıdırlar.

Siqaretçəkmənin tərgidilməsi üzrə adi proqramlara konsultasiyalar, qrupşəkilli görüşlər və farmakoterapiya daxildir.[88] Bəzi xəstələrdə nəticələrin uğurlu olması üçün sıx konsultasiyalara ehtiyac ola bilər. Siqaretçəkmənin tərgidilməsi AXOX-un proqressivləşməsi və bədxassəli şişlərin inkişafı riskini əhəmiyyətli dərəcədə azaldır. Elmə əsaslanan faktlar A Bu, həm də koronar və beyin qan dövranı xəstəlikləri riskini azaldır. Farmakoterapiya və sıx konsultasiyalardan ibarət siqaretçəkməni tərgitmə tədbirləri AXOX zamanı daha yüksək müvəffəqiyyət səviyyəsinə və iqtisadi cəhətdən həyat tərzinin yaxşılaşdırılması üçün aşağı xərclərlə daha yüksək effektivliyə malikdir.[89][90][91]

Pasiyentlər qrip virusuna və Streptokok pnevmoniyasına qarşı vaksinasiya edilməlidirlər.[1][92] Qripə qarşı vaksinasiya AXOX-un daha az kəskinləşməsi ilə əlaqəlidir.[92][93] [ Cochrane Clinical Answers logo ]

Mukolitiklər

AXOX-un xroniki bronxit fenotipi olan xəstələr, adətən, qatı bəlğəm ifraz edirlər. Mukolitik preparatların əks-təsirlərinin artması qeyd olunmur və AXOX-un kəskinləşməsi dövründə onlar faydalı ola bilər. Mukolitik preparatlar kəskin ağırlaşmaların tezliyində kiçik azalmaya səbəb olur, lakin ağciyər funksiyasını və ya həyat keyfiyyətini yaxşılaşdırmır. Mukolitik preparatlar inhalyasion kortikosteroidlər qəbul etməyən xəstələr üçün daha çox faydalı ola bilər.[94] [ Cochrane Clinical Answers logo ] Kəskin ağırlaşmalar zamanı ifrazatları təmizləmək üçün pozitiv ekspirator təzyiqlə müalicə hospitalizasiya və kəskinləşmələrin sayının azalmasına təsir göstərməsə də, subyektiv təngnəfəslik hissini yaxşılaşdırdığı aşkar edilmişdir.[95]

Ağciyər reabilitasiyası

Bronxodilatatorlarla müalicə olunmasına baxmayaraq, simptomatik qalan xəstələr üçün ağciyər reabilitasiyası başladılmalıdır və adi aktivlik və ya düz yolda yeriyərkən təngnəfəslik hiss edən zaman xəstəliyin erkən mərhələsində onun başlanması tövsiyə olunur. Bunun təsiri fiziki iş qabiliyyəti və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün faydalıdır. [ Cochrane Clinical Answers logo ] Ağciyər reabilitasiyası həm də xəstəliklə bağlı depressiya və həyəcanı azaldır və AXOX xəstələrində hospitalizasiyaların sayını aşağı salır.[96] Kurs tamamlandıqdan sonra xəstələr ev şəraitində məşq cədvəlinə əməl etmədikdə, kursun faydası azalır.[97] AXOX xəstələrində respirator simptomlar və həyat keyfiyyəti üzrə evdə və xəstəxanada ağciyər reabilitasiyasının faydaları xəstəxanadaxili reabilitasiya proqramlarının faydaları ilə üst-üstə düşür.[98][99] Ağciyər reabilitasiyasının təngnəfəslik və yorğunluğu aradan qaldırmasına, emosional funksiyanı yaxşılaşdırmasına və nəzarət hissini orta böyük və kliniki cəhətdən əhəmiyyətli dərəcədə artırmasına baxmayaraq,[100] AXOX səbəbindən hospitalizasiya dövründə adi standart fizioterapevtik təcrübə çərçivəsindən kənar çıxan erkən proqressiv məşq reabilitasiyasının tövsiyə edilmədiyini və onun daha yüksək 12-aylıq ölüm göstəricisi ilə bağlı olduğunu yadda saxlamaq vacibdir.[101] Kəskin ağırlaşmada 1 ay ərzində ağciyər reabilitasiyasına başlamağı dəstəkləyən sübutlar vardır.[102][103]

AOXQ təlimatlarında ağciyər reabilitasiyası B və D qrupu xəstələr üçün tövsiyə edilir.[1]

Oksigen terapiyası

AOXQ təlimatları aşağıdakı stabil xəstələr üçün uzunmüddətli oksigen terapiyasını tövsiyə edir:[1]

  • PaO₂ ≤7,3 кPа (55 mm.c.süt.) və ya SaO₂ ≤88%, 3-həftəlik müddət ərzində 2 dəfə təsdiqlənən hiperkapniya ilə və ya onsuz; və ya

  • PaO2 7,3-8,0 kPa (55-60 mm.c.süt.) və ya SaO2 88%, əgər ağciyər hipertoniyasını, durğunluq ürək çatışmazlığına işarə edən periferik ödemi və ya polisitemiyanı (hematokrit >55%) təsdiq edən göstəricilər varsa.

Oksigen terapiyası, ağciyərlərin arterial təzyiqini azaldaraq, ağciyər hipertoniyasını minimallaşdırmağa kömək edir və məşqə dözümlülüyü və həyat keyfiyyətini yaxşılaşdırır. Onun, sağalmanı sürətləndirdiyi göstərilmişdir.[1][104][105] Elmə əsaslanan faktlar B

Aviauçuşlar zamanı PaO₂ <6,7 кPа (<50 mm.c.süt.) ehtimal olunan xəstələrə oksigen təklif edilir.[1] Bu xəstələr, adətən, dəniz səviyyəsində otaq temperaturunda 92%-dən aşağı saturasiyaya malik olurlar. Şübhə yaranarsa, uçuş zamanı proqnozlaşdırılan PaO₂ səviyyəsinin qiymətləndirilməsi üçün xəstələr əvvəlcədən test edilə bilər.

Bəzi məlumatlara görə mülayim hipoksiyalı və ya hipoksiyasız və adi ev şəraitində oksigenə ehtiyacı olmayan AXOX xəstələrinə məşqlər zamanı oksigenin təyini təngnəfəsliyi yüngülləşdirə bilər.[106]

Cərrahiyyə

Cərrahi müdaxilələr (bullektomiya, ağciyər həcminin cərrahi azaldılması[107][108] [ Cochrane Clinical Answers logo ] və ağciyər transplantasiyası) AXOX-un müalicəsində sonuncu addımdır. Bunlardan, ağciyərin dinamikasını, məşqə riayət edilməsini və həyat keyfiyyətini yaxşılaşdırmaqda istifadə edilir.[109] Seçilmiş AXOX xəstələrində endobronxial klapanın yerləşdirilməsi kliniki yaxşılaşmaya səbəb ola bilər.[110]

Ağciyər transplantasiyasına göndəriş üçün meyarlara aşağıdakılar daxildir:[111]

  • Dərman vasitələri, ağciyər reabilitasiyası və oksigen terapiyası daxil olmaqla, maksimal müalicəyə baxmayaraq, proqressiv xəstəlik.

  • Ağciyərlərin həcminin azaldılması (LVRS) üzrə endoskopik və ya cərrahi müdaxilə üçün namizəd olmayan xəstə. AXOX xəstələrini eyni zamanda ağciyər transplantasiyası və LVRS üçün qiymətləndirmək məqsədəuyğundur.

  • Bədən çəkisi indeksi, hava axını Obstruksiyası, Tənfnəfəslik və Məşq indeksi (BODE) 5-6 təşkil edir.

  • PaCO₂ >50 mm.c.süt. və ya 6,6 kPa və/və ya PaO₂ <60 mm.c.süt. və ya 8 kPa.

  • Proqnozlaşdırılan FEV1 <25%.

[ AXOX-dan sağqalmanın proqnozlaşdırılması üçün BODE indeksi ]

Palliativ qulluq

AXOX-un ən sonuncu mərhələsində olan bəzi xəstələr üçün palliativ müalicə və hospitalizasiya nəzərə alınmalıdır. Xəstə və ailəsi proses barədə yaxşı maarifləndirilməlidirlər və kəskin tənəffüs pozğunluğu inkişaf etməmişdən əvvəl müzakirələrin xəstəlik kursunun ilkin mərhələsində aparılması haqqında fikirlər irəli sürülür.[112] Bir tədqiqat göstərmişdir ki, opioid analgetik və benzodiazepinin aşağı dozalarda qəbulu təhlükəsizdir və xəstəxanaya yatırılma və ya ölüm göstəricisinin artması ilə bağlı deyil.[113]

Bir Koxreyn tədqiqatında AXOX və ya proqressiv ağciyər xərçəngi olan xəstələrin təngnəfəsliyini yüngülləşdirmək üçün benzodiazepinlərin rolunu təsdiq edən dəlillərin olmadığı göstərilmişdir.[114]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.