Aparılan müayinələr

Aparılacaq əsas laborator müayinələr

Müayinə
Nəticə
Müayinə

AXOX xəstənin FEV1-i və proqnoz edilən FEV1 faizinə əsasən təsnif edilir. FVC-nin ölçülməsi çətin olduğu halda FEV6 (6 saniyə ərzində güclə nəfəsvermə həcmi) istifadə edilə bilər.[22]

Nəticə

FEV1/FVC nisbəti <0,70; reversivliyin tam olmaması nə mütləq deyil, nə də ki, tipik nəticə

Müayinə
Nəticə
Müayinə

Kəskin təzahür zamanı həyati əlamətlərin bir hissəsi olaraq yoxlanılır. Nəbz dalğasının normal olması cihaz vasitəsilə yoxlanılmalıdır. Xroniki xəstəliyi olanlarda 88-90% oksigen saturasiyası qəbulediləndir.

Əgər <92%-dirsə, arterial və ya kapilyar qanın qaz tərkibini ölçmək lazımdır.[1]

Nəticə

aşağı oksigen saturasiyası

Müayinə
Nəticə
Müayinə

Kəskin xəstəliyi olan şəxslərdə, xüsusilə patoloji nəbz oksimetriyası oxunuşu olarsa, yoxlanılır. Həmçinin, FEV1 35%-dən aşağı olan və ya tənəffüs çatışmazlığına işarə edən kliniki əlamətləri olan və ya periferik arterial oksigen saturasiyası <92% olan stabil xəstələrdə ölşülməlidir.

Hiperkapniya, hipoksiya və tənəffüs asidozu gözlənilən tənəffüs pozğunluğu və intubasiya üçün yarana biləcək ehtiyacın əlamətləridir.

Nəticə

PaCO₂ > 50 mm.c.süt. və/və ya PaO₂ <60 mm.c.süt. tənəffüs çatışmazlığına işarə edir

Müayinə
Nəticə
Müayinə

Nadir hallarda diaqnostikdir, lakin digər patologiyaları istisna etməkdə faydalıdır.

Ön-arxa nisbətinin artması, yastılanmış diafraqma, qabırğalararası məsafələrin genişlənməsi və hiperşəffaf ağciyərlər müşahidə oluna bilər. com.bmj.content.model.Caption@4d6c9005[Figure caption and citation for the preceding image starts]: AXOX zamanı döş qəfəsinin rentgeni (ön-arxa proyeksiya): həddən artıq dolmuş ağciyər, yastılanmış diafraqma, artmış qabırğalararası məsafələrAli təhsilli həkim Manoochehr Abadian Sharifabad kolleksiyasından [Citation ends].com.bmj.content.model.Caption@4664410e[Figure caption and citation for the preceding image starts]: AXOX zamanı döş qəfəsinin rentgeni (yan proyeksiya): həddən artıq dolmuş ağciyər, yastılanmış diafraqma, yan proyeksiyada artmış ön-arxa diametr (çəlləyəbənzər döş qəfəsi)Ali təhsilli həkim Manoochehr Abadian Sharifabad kolleksiyasından [Citation ends].

AXOX-un pnevmoniya və pnevmotoraks kimi ağırlaşmalarını da büruzə verə bilər.

Nəticə

hiperinflyasiya

Müayinə
Nəticə
Müayinə

Bu sınaq kəskinləşmənin ağırlığını qiymətləndirmək üçün nəzərə alına bilər və polisitemiya (hematokrit >55%), qanazlığı və leykositozu nümayiş etdirə bilər.[1]

Nəticə

hematokritin yüksəlməsi, leykositlərin sayı arta bilər

Müayinə
Nəticə
Müayinə

AXOX-un inkişafı üçün risk faktorları ürəyin işemik xəstəliyi ilə oxşardır, belə ki, yanaşı xəstəliklər çox rast gəlir.

Nəticə

sağ mədəciyin hipertrofiyası, aritmiya və işemiya əlamətləri

Nəzərə alınmalı müayinələr

Müayinə
Nəticə
Müayinə

Ağır kəskinləşmə zamanı xəstənin yalnız aşağıdakı 3 aparıcı simptomu olduqda empirik antibiotiklər təyin etmək olar: təngnəfəsliyin, bəlğəmin həcminin və bəlğəmin irinliliyinin artması; və ya əgər xəstədə 2 aparıcı simptom varsa və bu iki simptomdan biri bəlğəmin irinliliyinin artmasıdırsa; və ya əgər xəstənin mexaniki ventilyasiyaya ehtiyacı varsa. Tez-tez təkrarlanan kəskinləşməsi olan, hava axınını kəskin məhdudlaşması olan və/və ya mexaniki ventilyasiya tələb edən kəskinləşməsi olan xəstələrdə bəlğəm əkməsi icra olunmalıdır.[1]

Nəticə

infeksion törədici

Müayinə
Nəticə
Müayinə

Diaqnostik qeyri-müəyyənlikləri aradan qaldırmaqda və əməliyyatdan əvvəlki qiymətləndirmədə faydalıdır.[1] Xüsusi laborator avadanlıqlar tələb olunur.

Xroniki bronxit zamanı karbon monooksid üçün ağciyərlərin diffuzion tutumunun (DLCO) azalması emfizemanın inkişafına şərait yaradır.

Nəticə

obstruktiv nəticə, DLCO-nun azalması

Müayinə
Nəticə
Müayinə

Döş qəfəsinin rentgenoqrafiyası ilə müqayisədə, ağciyər toxuması zədələnməsinin növü və yayılmasının və bullanın əmələ gəlməsinin daha yaxşı vizualizasiyasını təmin edir.com.bmj.content.model.Caption@6618571a[Figure caption and citation for the preceding image starts]: AXOX zamanı döş qəfəsinin KT müayinəsi: həddən artıq dolmuş ağciyər, emfizematoz dəyişikliklər və artmış ön-arxa diametr (çəlləyəbənzər döş qəfəsi)Ali təhsilli həkim Manoochehr Abadian Sharifabad kolleksiyasından [Citation ends].

Siqaretçəkmə ilə bağlı AXOX-un əksinə olaraq, alfa-1 antitripsin çatışmazlığı əsasən daha aşağı sahələrə təsir edir.

Digər əsas ağciyər xəstəliklərini istisna etmək və əməliyyatdan əvvəlki qiymətləndirmə üçün faydalıdır.

Nəticə

hiperinflyasiya

Müayinə
Nəticə
Müayinə

Alfa-1 antitripsin çatışmazlığı olan xəstələrdə aşağı səviyyədədir. Əgər alfa-1 antitripsin çatışmazlığına yüksək şübhə varsa, məsələn, müsbət ailə anamnezi və atipik AXOX halları (gənc xəstələr və siqaret çəkməyənlər) olarsa, test edilir. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, AXOX diaqnozlu bütün xəstələr bir dəfə müayinə olunsunlar, xüsusilə alfa-1 antitripsin çatışmazlığının yüksək rastgəlmə tezliyi qeyd olunan ərazilərdə.[23]

Nəticə

AXOX xəstələrində normal olmalıdır

Müayinə
Nəticə
Müayinə

Spirometriya ilə müqayisədə, disproporsional təngnəfəsliyi olan xəstələr üçün əhəmiyyət daşıya bilər.[25] O, tsiklik erqometr və ya qaçış trenajoru vasitəsilə və ya sadə yerimə testi ilə (məsələn, 6 dəqiqə və ya <6 dəqiqə ərzində) aparıla bilər.[26] Fiziki məşq sınağı reabilitasiya üçün seçilmiş xəstələrdə istifadə edilir.

Nəticə

zəif məşqetmə performansı və ya hipoksemiya yüksək irəliləmiş xəstəliyə dəlalət edir

Müayinə
Nəticə
Müayinə

AXOX xəstələrində, adətən, rast gələn obstruktiv yuxu apnoesi ölüm və hospitalizasiya riskinin artması ilə bağlıdır.[24]

Nəticə

yüksəlmiş apnoe-hipopnoe indeksi və/və ya gecə hipoksemiyası

Müayinə
Nəticə
Müayinə

Əgər təngnəfəslik və ya hiperkapniya FEV1-ə nisbətən qeyri-mütənasib artmışdırsa, həmçinin, pis qidalanan və kortikosteroid miopatiyası olan xəstələrdə tənəffüs əzələlərinin funksiyasını yoxlamaq olar.[27]

Nəticə

maksimal nəfəsalma təzyiqinin azalması

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.