Anamnez və fiziki müayinə

Əsas diaqnostik faktorlar

Başlıca risk faktoru siqaretçəkmədir. Digər əsas risk faktorlarına yaşın yüksək olması və genetik amillər aiddir.

Adətən, AXOX-un ilkin simptomudur.

Çox vaxt səhər öskürəyi olur, lakin xəstəlik proqressivləşdikcə, daimiləşir.

Adətən, bəlğəmli olur və bəlğəmin keyfiyyəti kəskinləşmələr və ya ard-arda yoluxmuş infeksiyalarla dəyişə bilər.

İlkin olaraq fiziki məşqlər zamanı yaranır, lakin hətta dinclik zamanı da baş verən təngnəfəsliyə qədər inkişaf edə bilər.

Xəstələr nitq zamanı tam cümlələr qurmaqda çətinlik çəkə bilərlər.

Digər diaqnostik faktorlar

Döş qəfəsinin ön-arxa diametri artır.

Bu, hiperinflasiyanı və tamamlanmamış nəfəsverməyə ikincili olaraq yaranan hava tıxanmasını ehtimal edir.

Hiperinflasiya və tamamlanmamış nəfəsverməyə ikincili olaraq baş verən hava tıxanmasından yaranır.

Çəlləyəbənzər döş qəfəsi, hiperinflyasiya və hava tıxanması ilə yaranır.

Ağciyər elastikliyinin itirilməsinə və ağciyər toxumasının parçalanmasına ikincili olaraq yaranır.

Kəskinləşmələr zamanı çox rast gələn əlamətdir. Hazırda davamlı musiqili ağciyər səsi kimi təsvir olunur.

Tənəffüs yollarının iltihabının və müqavimətinin göstəricisidir.

Kəskinləşmələr zamanı çox rast gələn əlamətdir. Tənəffüs yollarında selik və ya bəlğəmin olması səbəbilə qırıq-qırıq səslər.

Tənəffüs yollarının iltihabının və selik ifrazının artmasının göstəricisidir.

Nəfəsalma tezliyinin artması hipoksiya və hipoventilyasiyanı kompensasiya etmək üçün baş verir.

Köməkçi əzələlər cəlb oluna bilər.

Qolların irəli doğru uzadılması zamanı hiperkaniya səbəbilə bədən müvazinətinə nəzarətin itirilməsi (adətən, qanad çalan əsmə deyilir).

Bu, ağciyər parenximasında maneəli qaz mübadiləsi ilə bağlıdır, məşqlər vaitəsilə daha da pisləşir və tənəffüs pozğunluğunun əlamətidir.

İntratorakal təzyiq və ürək tənəffüsünün artmasına ikincili olaraq baş verir.

İnkişaf etmiş xroniki ağciyər xəstəliyi ağırlaşması olaraq ürək tənəffüsü və ikincili olaraq hipertoniya irəli sürülür.

Daimi gecə öskürəyi, davamlı hipoksiya və hiperkapniyaya ikincili olaraq yaranan yuxu pozğunluğu nəticəsində baş verir.

Hiperkapniya səbəbli vazodilatasiyaya görə baş verə bilər.

AXOX-un sonrakı mərhələlərində, adətən, hipoksiya, hiperkapniya və ağciyər ürəyi ilə yanaşı müşahidə oluna bilər.

İnkişaf etmiş AXOX-un əlamətidir.

Ağciyər ürəyinin ağırlaşması kimi ağciyər hipertenziyasının göstəricisidir.

Proqressiv AXOX-un ağciyər ürəyi ilə ağırlaşmasının əlamətidir.

Proqressiv AXOX-un ağciyər ürəyi ilə ağırlaşmasının əlamətidir.

AXOX özlüyündə dəyənəklərə səbəb olmur, lakin əgər AXOX xəstələrində tütünün təsirindən ağciyər xəsçəngi və/və ya bronxoektaziya əmələ gəlirsə, o zaman dəyənəkləşmə əmələ gələ bilər. Ağciyər funksiyasının əhəmiyyətli zədələnməsi olmayanadək, adətən, dəyənək özünü büruzə vermir.

Risk faktorları

Ən vacib risk faktorudur. Bu, AXOX hadisələrinin 40-70%-nə səbəb olur.[15]

İtihab reaksiyası yaradır və kirpikli epitelin disfunksiyası və oksidativ zədələnməyə səbəb olur.

Yaşın təsiri daha uzun müddət ərzində siqaretçəkmə və yaşla əlaqədar FEV1-in normal itirilməsi ilə bağlı ola bilər.

Tənəffüs yollarının inhalyasiya olunan zədələrə həssaslığı genetik faktorlardan asılıdır. Alfa-1 antitripsin çatışmazlığı genetik pozğunluqdur, əsasən şimali Avropa mənşəli insanlarda rast gəlir və erkən yaşda aşağı paylarda panasinar emfizemaya səbəb olur.

Qara dərili amerikalılarda, digər irqi və etnik qruplar arasında siqaretçəkmə dərəcəsinin yüksək olmasına baxmayaraq, AXOX ağdərili insanlarda daha çox rast gəlir.

Toz, nəqliyyatın buraxdığı qazlar və kükürd dioksidin təsirinə xroniki məruzqalma AXOX riskini artırır.

Uşaqlıqda infeksion xəstəliklərə tez-tez yoluxmaq ağciyərlərdə çapıqlaşmalara, onların elastikliyinin azalmasına və AXOX riskinin artmasına səbəb ola bilər.

AXOX kişilərdə daha çox rast gəlir, lakin bu, ikincili olaraq siqaret çəkənlər arasında kişilərin daha çox olması ilə bağlı ola bilər. Lakin qadınların tütün tüstüsünə qarşı kişilərdən daha çox həssas olduqları irəli sürülür.[16][17][18][19]

AXOX-un inkişafı riski daha aşağı sosial-iqtisadi vəziyyətdə olan insanlarda yüksəkdir.[20] Lakin bu, siqaret tüstüsünün, çirkləndirici maddələrin və ya digər amillərin təsirini əks etdirə bilər.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.