Epidemiologiya

AXOX daha çox yaşlı insanlarda, xüsusilə 65 və daha yuxarı yaşlarda rast gəlir. "Obstruktiv Ağciyər Xəstəliyi Yükü" (OAXY) Təşəbbüsü dünya əhalisində II və daha yuxarı mərhələlərdə AXOX-un yayılmasını kişilərdə 11,8 ± 7,9% və qadınlarda 8,5 ± 5,8%-lə, ümumilikdə 10,1 ± 4,8% -ə bərabər olduğunu təxmin edir.[6] Bu, son 20 il ərzində qadınlarda 2 dəfədən çox artan ölüm göstəricisi ilə bağlıdır və hazırda bu göstərici kişilərlə bərabərləşib. ABŞ-da AXOX xəstəlik hadisələrinin sayı 1982-ci ildən bəri 41% artmış və AXOX ağdərili qadınların 1-3%-nə, ağdərili kişilərin isə 4-6%-nə təsir edir. Proqnozlara əsasən, 2020-ci il üçün AXOX dünyada ölümlərin 3-cü aparıcı səbəbi olacaqdır.[1][7] Bu, dünyada artan siqaretçəkmə epidemiyası və qocalmaya görə baş verir və ürək-damar xəstəlikləri kimi digər xəstəliklərdən ölümlərin sayı azalmaqdadır.[1][8] Sistematik icmal və metaanaliz göstərmişdir ki, AXOX-un böyüklər arasında həqiqi rastgəlmə tezliyi əhali qiymətləndirilməsi ilə müqayisədə, qat-qat yüksəkdir.[9] Böyük Britaniyada 1990-1997-ci illərdə aparılmış retrospektiv tədqiqatda AXOX-un yayılmasının kişilərdə 2%, qadınlarda isə 1% olduğu təxmin edilmişdir.[10]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.