Yeni müalicə üsulları

Tibbi müdaxilələr

AXOX zamanı iltihabın rolunun dərk olunması iltihab prosesində müxtəlif hədəfləri zədələyən dərman preparatlarının nəzərdən keçirilməsinə səbəb olmuşdur. AXOX üçün bir çox genişspektrli iltihab əleyhinə dərman preparatları hazırda 3 inkişaf mərhələsindədir və növbəti onillikdə AXOX bazarına daxil ola bilər. Oksid azot inhibitorları, leykotrien modifikatorları və şiş nekrozu faktoru antaqonistləri bu yeni müalicə üsullarına aiddir.[148] Asetilsisteinlə uzun müddət (≥6 ay) müalicə kəskinləşmələrin sayını azalda bilər, lakin məlum olmuşdur ki, kəskinləşmələrin sürəti, ağciyərlərin həcmi və FEV1-ə təsir göstərmir.[149]Antitrombositar müalicə AXOX xəstələrində, ürək-damar xəstəlikləri riskindən asılı olmayaraq, bütün səbəblərdən ölüm göstəricisinin azalması ilə əlaqəlidir.[150]Epidermal böyümə faktorunun reseptor kinazası həddindən artıq selik ifrazı ilə mübarizə aparmaq potensialına malikdir. Fibrozun qarşısını almaq üçün müalicə inkişaf etdirilir. Ağciyərin məhv olmasının qarşısını almaq üçün serin proteaza və matriks metalloproteinaza inhibitorları üçün axtarış var və emfizemin ardıcıl inkişafı, o cümlədən, retinoid kimi dərman preparatları bu prosesi hətta ləğv edə bilər.[151] HMG-CoA-reduktaza inhibitorları AXOX-un müalicəsi üçün mülayim və ağır AXOX xəstələrində ağciyər funksiyalarını bir qədər yaxşılaşdıran yeni yaranan vasitələrdir.[152] Retrospektiv tədqiqatlarda statin terapiyasından istifadə edərək xəstələrdə kəskinləşmələrin, hospitalizasiya və ölüm göstəricisi dərəcəsinin və şiddətinin azaldılmasına baxmayaraq, prospektiv tədqiqat bu faydanı isbat etməkdə uğursuz olmuşdur.[153] Statinlər qəbul edən AXOX xəstələrinin randomizə olunmuş nəzarətli tədqiqat metaanalizində yanaşı CVD, yüksək ilkin C-reaktiv zülal və ya yüksək xolesterin səviyyəsi olan xəstələrdə kliniki nəticələrin yaxşılaşması nümayiş olunmuşdur.[154] Ciddi şəkildə azalmış fiziki aktivliyi və kaxeksiyası olan AXOX xəstələrində sintetik qrelin hormonal müalicənin effektivliyi və təhlükəsizliyi bəzi vədverici ilkin nəticələrlə araşdırılır.[155] Palovaroten emfizemanın müalicəsi üçün tədqiq olunan seçilmiş retinoik turşu reseptoru qamma aqonistidir. Retinoik turşu siqnallarının alveologenezisə təsir etməsi fərz edilir. Heyvanlar üzərində aparılan tədqiqatlarda ümidverici nəticələr olmuşdur.[156] İnhalyasion müalicənin bir çox kombinasiyaları AXOX müalicəsində təqdim olunmuşdur. Aklidinium/formoterol uzunmüddətli muskarin antaqonisti və uzunmüddətli beta-2 aqonisti kombinasiyasıdır (LABA/LAMA), o, bəzi ölkələrdə mövcuddur, lakin ABŞ-ın Qida və Dərmanlara Nəzarət Agentliyi (QDA) tərəfindən qəbul olunmasını gözləyir.

Müdaxiləli müalicə

Hazırda selektiv bronxoskopik ağciyər rezeksiyasının yeni metodikası olan hədəf həcmin azaldılması üsulu mövcuddur. Bu metodikaya əsasən hiperinflyasiyalı və emfizematoz ağciyər seqmentinə birtərəfli klapan yerləşdirilərək qeyri-funksional ağciyər seqmentinin kollapsına nail olunur. Bu metodika üzrə müalicə alan xəstələrin tarişçələrindən götürülmüş hesabatlar ümidvericidir. Bu yanaşma cərrahiyyə tələb edən AXOX xəstələrində ağciyər həcminin cərrahi yolla azaldılmasına alternativdir.[157][158] [ Cochrane Clinical Answers logo ]

Farmakogenom terapiya

Farmakogenom müalicə AXOX-da əhəmiyyətli ola bilər. Bir sıra intensiv siqaret çəkənlərdə AXOX-un niyə inkişaf etdiyini, bəzilərində isə etmədiyini təyin etmək üçün genetik faktorları müəyyənləşdirmək vacibdir. AXOX-un inkişafına zəmin yaradan genlərin identifikasiyası yeni terapevtik məqsədləri müəyyən edir.[159][160]

Klab hüceyrəli zülal 16-nın artımı.

Klab hüceyrəli zülal 16 (KK16) əsasən tənəffüs yollarının epitelial hüceyrələrində Klub hüceyrələri (əvvəllər Klara hüceyrələri kimi tanınan) tərəfindən istehsal edilir. KK16 siqaret tüstüsünə məruz qalmış ağciyərlərdə iltihab əleyhinə təsir göstərir və AXOX KK16 defisiti ilə əlaqəlidir. KK16 səviyyələrinin eksperimental artırılması iltihabı və hüceyrələrin zədələnməsini azaldır, buna görə də KK16 səviyyəsinin artırılması AXOX-un müalicəsində yeni modifikasiyalı üsul ola bilər.[161]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.