Differensial diaqnostika

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Astmanın başlanğıcı, adətən, erkən yaşda olur Allergiya, rinitlər və ekzemaya dair fərdi və ya ailə anamnezi çöx vaxt müşahidə olunur. Simptomlarda gündəlik dəyişkənlik olur və xəstələrdə, adətən, bronxodilatatora sürətlə cavab verən aşkar bilinən fitverici tənəffüs qeyd edilir. Astmanın öskürəkli variantı AXOX-un bir çox xüsusiyyətlərini imitasiya edir.

MÜAYİNƏLƏR

Ağciyərin funksional testləri (AFT) bronxodilatatorlarla prosesin geri dönməsini və karbon monoksid üçün ağciyərlərin diffuzion bacarığının (DLCO) azalmadığını nümayiş etdirir. Bəlğəm və ya qan eozinofiliyası astmaya dəlalət edir.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Adətən, ürək-damar xəstəlikləri anamnezi mövcud olur. Xəstələr ortopnoe simptomları barədə məlumat verirlər və auskultasiyada incə bibasilyar nəfəsalma xırıltıları eşidilə bilər.

MÜAYİNƏLƏR

B tipli natriuretik peptid səviyyələri, adətən, yüksəlir və döş qəfəsinin rentgenoqrafiyası ağciyər damarlarında artmış durğunluq aşkar edir. Exokardioqramma diaqnozu təsdiqləyə bilər.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Anamnezdə uşaqlıqda keçirilmiş residivverən infeksiya ola bilər. Adətən, böyük həcmdə iltihablı bəlğəm qeyd olunur. Auskultasiyada kobud xırıltılar eşidilə bilər. Göy öskürək və ya vərəm anamnezi diaqnostikada həlledici rol oynayır.

MÜAYİNƏLƏR

Döş qəfəsinin KT müayinəsi bronxial genişlənmə və bronxial divarların qalınlaşmasını aşkarlayır.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Adətən, hərarət, gecə tərləmələri, çəkinin itirilməsi və xroniki bəlğəmli öskürək anamnezi özünü göstərir. Vərəm endemik olmayan ölkələrdə immiqrantlar arasında və endemik ölkələrdə yaşayan insanlarda daha çox rast gəlir.

MÜAYİNƏLƏR

Diaqnoz mikrobioloji təsdiq tələb edir. Döş qəfəsinin rentgenoqrafiyası və ya KT müayinəsində görünən infiltratlar, fibroz və ya qranulyoma vərəm xəstəliyinə işarə edə bilər. Xəstələr, adətən, vərəmə görə müsbət dəri testinə malik olur.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Bronxiolit daha erkən yaşlarda xəstələrə təsir edir. Xəstədə birləşdirici toxuma pozğunluqları anamnezi, xüsusilə revmatoidli artrit və ya tüstüyə məruzqalma ola bilər. Bəzi xəstəlik hadisələri post-infeksion olur.

MÜAYİNƏLƏR

Bronxiolit zamanı ağciyərlərin funksional testləri obstruktiv, məhdudlaşdırıcı və ya qarışıq nəticə ilə özünü göstərə bilər. Döş qəfəsinin rentgenoqrafiyası hiperinflasiyanı göstərir. Döş qəfəsinin yüksək rezolyusiyalı KT müayinəsi diffuz, kiçik mərkəzi payın düyünlü bulanıqlığını göstərə bilər, lakin müayinənin radiasiya riski olduğu üçün uşaqlarda nadir hallarda istifadə edilir.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

İstənilən yaşda olan xəstəyə təsir edə bilər. Keçirilmiş travma və ya intubasiya anamnezi çox faydalıdır. Ağciyərlərin müayinəsi, adətən, normaldır, lakin fitverici tənəffüs və stridor kimi məhdudiyyətli yuxarı tənəffüs yolları əlamətləri özünü göstərə bilər. Əgər səs bağları cəlb edilərsə, xəstələrdə səsin xırıltılı olması qeyd edilə bilər.

MÜAYİNƏLƏR

Ağciyərlərin funksional sınağında axın həcmi əyrisi xarakterik nəfəsalma və ya nəfəsvermə platosunu və ya hər ikisini aşkar edə bilər. Diaqnoz endoskopiyada zədələnmiş tənəffüs yollarının birbaşa vizualizasiyası ilə təsdiqlənir.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Xroniki sinusit / rinit xroniki öskürəyin ən çox yayılmış səbəbidir. Xəstələr sinus təzyiqi, burun axması, quru öskürək və / və ya başağrısından şikayətlənə bilərlər.

MÜAYİNƏLƏR

Sinusların kompüter tomoqrafiyası və ya antihistamin preparatların empirik tədqiqi diaqnostikada, adətən, istifadə olunur.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

QERX xəstələrində tez-tez dispepsiya və gəyirmə və arxası üstə uzandıqda gecələr xroniki öskürək ola bilər.

MÜAYİNƏLƏR

Diaqnoz, adətən, proton-nasos inhibitorları ilə empirik müalicəyə olan cavaba əsaslanır.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Öskürəyin, adətən, quru olmasına baxmayaraq, AÇF inhibitorları xroniki öskürəyə səbəb ola bilər.

MÜAYİNƏLƏR

Diaqnoz, adətən, AÇF inhibitorunun empirik dayandırılmasından sonra simptomların yaxşılaşmasına əsaslanır.

ƏLAMƏTLƏR/SİMPTOMLAR
MÜAYİNƏLƏR
ƏLAMƏTLƏR/SİMPTOMLAR

Xəstələrdə çəkinin itirilməsi, gecə tərləmələri, qanhayxırma, döş qəfəsində və ya kürəkdə ağrı ola bilər.

AXOX-lu şəxslər, həmçinin, ağciyər xərçəngi üçün yüksək riskə malikdir.

MÜAYİNƏLƏR

Radioqrafiya ağciyər xərçənginin müəyyənləşdirilməsində əhəmiyyətlidir. Şübhə yüksək olarsa, endobronxial xərçəngi qiymətləndirmək üçün bronxoskopiya lazım ola bilər.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.