Meyarlar

Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kriteriləri üzrə Qlobal Təşəbbüs (AOXQ)[1]

AXOX zamanı hava axını məhdudlaşmasının ağırlığına görə təsnifatı:

Ağciyərlərin funksional testində, adətən, AXOX üçün bronxodilatatordan sonrakı FEV1/FVC göstəricisi <0,70 diaqnostik hesab olunur. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə Qlobal Təşəbbüs (AOXQ) hava axınının məhdudlaşdırılmasını mərhələlərə görə təsnif edir. FEV1/FVC nisbəti <0,70 olan xəstələr:

  • AOXQ 1 - mülayim: FEV1 ≥ 80% gözlənilir

  • AOXQ 2 - orta: 50% ≤ FEV1 <80% gözlənilir

  • AOXQ 3 - ağır: 30% ≤ FEV1 <50% gözlənilir

  • AOXQ 4 - çox ağır: FEV1 <30% gözlənilir.

AOXQ təlimatlarında AXOX-un qiymətləndirilməsi üçün simtomlar və keçmiş kəskinləşmələr anamnezindən asılı olaraq, kombinə olunmuş yanaşmadan istifadə olunur. Simptomlar "Modifikasiya edilmiş Britaniya Tibbi Tədqiqat Şurası"nın (mMRC) meyarları və ya AXOX-un qiymətləndirilmə testi (CAT) şkalasından istifadə edilməklə qiymətləndirilir. Bunlara, AOXQ təlimatlarında baxmaq olar.[1]

  • Qrup А: aşağı risk (ildə 0-1 dəfə kəskinləşmə, hospitalizasiya tələb olunmur) və az sayda simptomlar (mMRC 0-1 və ya CAT <10)

  • Qrup B: aşağı risk (ildə 0-1 dəfə kəskinləşmə, hospitalizasiya tələb olunmur) və simtomların sayı daha çoxdur (mMRC ≥2 və ya CAT ≥10)

  • Qrup C: yüksək risk (ildə ≥2 kəskinləşmə və ya bir neçə hospitalizasiya) və az sayda simptomlar (mMRC 0-1 və ya CAT <10)

  • Qrup D: yüksək risk (ildə ≥2 kəskinləşmə və ya bir neçə hospitalizasiya) və simtomların sayı çoxdur (mMRC ≥2 və ya CAT ≥10).

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.