Ağırlaşmalar

Ağırlaşmalar table
AğırlaşmaVaxt həddiEhtimal

ağciyər ürəyi

UzunmüddətliYüksək

Ağciyər ürəyi uzunmüddətli AXOX-a ikincili inkişaf edən sağtərəfli ürək çatışmazlığıdır. Bu, xroniki hipoksiya və ağciyər-damar sistemində sonrakı vazokonstriksiya vasitəsilə əmələ gəlir ki, bu da ağciyər hipertenziyası və sağtərəfli ürək çatışmazlığına səbəb olur.

Boyun damarlarının genişlənməsi, yüksək P2, aşağı ətrafların ödemi və hepatomeqaliya ağciyər ürəyinin əlamətləridir.

Davamlı oksigen terapiyası müalicənin əsasını təşkil edir. Diuretiklərin düşünülmüş şəkildə istifadəsi vacibdir.[173]

residivverən pnevmoniya

DəyişənYüksək

Residivverən pnevmoniya AXOX-un ümumi ağırlaşması və çox vaxt kəskinləşməsinin səbəbidir. Səbəb həm viruslu, həm də bakterial infeksiyalar ola bilər.

Ağciyər və tənəffüs yollarının xroniki zədələnməsi, iltihab, kirpikli epitelin funksional pozğunluğu və bakterial kolonizasiya, çox guman ki, infeksiyalara qarşı yüksək həssaslığın səbəbləridir. Uzunmüddətli inhalyasion kortikosteroidlərin istifadəsi də AXOX xəstələrində pnevmoniya riskinin artması ilə bağlıdır.[170][171]

Antibiotik müalicəsinin bəzi faydaları göstərilmişdir.[172] Adi müalicə müddəti təxminən 7-14 gündür. Haemophilus influenzae və Streptococcus pneumoniae üçün müvafiq müalicə mütləqdir. Pnevmokok əleyhinə vaksinasiya AXOX xəstələrinə qətiyyətlə tövsiyə edilir.

depressiya

DəyişənYüksək

Depressiya AXOX-un çox rast gələn nəticəsidir. Hər hansı əhval dəyişikliyi olarsa, psixiatrik qiymətləndirməyə ehtiyac ola bilər.

pnevmotoraks

DəyişənOrta

Alt-plevral bullanın formalaşması və onun yırtılması ilə nəticələnən ağciyər parenximasının zədələnməsi səbəbindən baş verir. Spontan pnevmotoraks xroniki ağır öskürək və ya döş qəfəsinin travması zamanı baş verir və həyat üçün təhlükəli ola bilər.

Yüksək şübhə səviyyələri cəld diaqnostika üçün əhəmiyyətlidir. Döş qəfəsinin rentgenoqrafiyası və ya KT müayinəsi diaqnozu təsdiqləyir. com.bmj.content.model.Caption@4ddd26cf[Figure caption and citation for the preceding image starts]: Döş qəfəsinin KT müayinəsi: AXOX-un sağ tərəfli pnevmotoraks ilə kəskin dəyişiklikləriAli təhsilli həkim Manoochehr Abadian Sharifabad kolleksiyasından [Citation ends].

Konservativ müalicə kiçik xəstəlik hadisələrində yetərli ola bilər. Ağır hallarda döş qəfəsinə boru yerləşdirilməsi gərgin pnevmotoraks və hemodinamik qeyri-sabitliyin qarşısını almaqda vacibdir. Residivverən pnevmotoraks baş verərsə, sonrakı cərrahi müdaxilələrdən, video görüntülü torakoskopik plevrodez və ya bullektomiyaya zəmanət verilir.

tənəffüs çatışmazlığı

DəyişənOrta

Tədqiqatda kəskin tənəffüs pozğunluğu ilə AXOX xəstələrinin böyük sayının xəstəxanada ölüm göstəricisinin 17-49% olduğu qeydə alınıb.[169] Müalicəyə qeyri-invaziv pozitiv təzyiq ventilyasiyası və/və ya mexaniki ventilyasiya daxildir.

qanazlığı

DəyişənOrta

Əvvəlki fikirlərə nisbətən, anemiya AXOX xəstələrinin 25%-nə təsir edərək, daha çox yayılmışdır.[174] Aşağı hematokrit uzunmüddətli oxsigen müalicəsi alan AXOX xəstələrində xoşagəlməz proqnoza işarədir.[175]

polisitemiya

DəyişənOrta

Xüsusilə daimi siqaretçəkənlərdə, arterial hipoksemiyaya ikincili olaraq, polisitemiya inkişaf edə bilər. Bu, hematokritin >55% olması ilə müəyyən edilə bilər. Çox vaxt bu xəstələrə ev şəraitində əlavə oksigen tələb olunur.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.