Xəstənin anamnezi

Xəstənin anamnezi #1

47 il ərzində gündə 1 qutu siqaret çəkmək anamnezi olan 66 yaşlı kişidə narahatlıq, ötən 2 il ərzində proqressiv tənəffüs çatışmazlığı, xroniki öskürək və sarımtıl bəlğəm ifrazı müşahidə olunur. Müayinə zamanı onda kaxeksiya və xüsusilə müayinə otağına daxil olduqda və qapalı dodaqlar arasından nəfəs aldıqda, orta dərəcəli tənəffüs çatışmazlığı qeyd olunur. Onun boyun damarları bir qədər genişlənmişdir. Ağciyər müayinəsi mülayim fitverici nəfəsalma və nəfəsvermə ilə çəlləyəbənzər döş qəfəsini və ikitərəfli zəif hava axınını aşkar edir. Ürək və qarın boşluğunun müayinəsi normaya uyğundur. Aşağı ətraflarda məhdud ödem müşahidə olunur.

Xəstənin anamnezi #2

Siqaretçəkmə anamnezi olan 56 yaşlı qadın bir neçə gün davam edən təngnəfəslik və öskürəklə ilkin tibbi yardım həkiminə müraciət edir. Onun simptomları 3 gün əvvəl rinoreya ilə başlanıb. O, ötən 2 gün ərzində daha da artan bəlğəmli xroniki səhər öskürəyi barədə məlumat verir. Ötən 4 il ərzində onda hər qış belə hallar olmuşdur. O, 40 il ərzində hər gün 1-2 qutu siqaret çəkib və çəkməyə davam edir. O, qanhayxırma, üşütmə və ya çəkinin itirilməsini və öskürək əleyhinə hər hansı preparatın qəbulunu inkar edir.

Digər kliniki formalar

Digər əlamətlərə çəkinin itirilməsi, qanhayxırma, sianoz və hiperkapniyaya ikincili olaraq səhər başağrıları aiddir. Fiziki müayinədə hipoksiya, yardımçı əzələlərin istifadəsi, qabırğaların paradoksal hərəkəti, kənar ürək döyüntüləri, aşağı ətraf ödemi və ürək tənəffüsünə ikincili olaraq hepatomeqaliya və hiperkapniyaya ikincili olaraq asteriks özünü göstərə bilər. Xəstələrdə AXOX ağırlaşmalarının əlamət və simptomları da nümayiş oluna bilər. Bunlara, ağır təngnəfəslik, hava axınının kəskin azalması və kəskin AXOX ağırlaşması və ya spontan pnevmotoraksa ikincili olaraq döş qəfəsində ağrı daxildir.[3][4] AXOX xəstələri çox vaxt digər yanaşı xəstəliklərlə də təzahür olunur, məsələn, ürək-damar xəstəlikləri,[5] skelet əzələlərinin disfunksiyası, metabolik sindrom və diabet, osteoporoz, depressiya, ağciyər xərçəngi, qastro-ezofaqal reflyuks xəstəliyi, bronxoektaziya və obstruktiv yuxu apnoesi.[1]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.