Etiologiya

Siqaret çəkmək AXOX-un bu günə qədər məlum olan başlıca risk faktorudur. Bu, AXOX xəstəlik hadisələrinin 40-70%-nə cavabdehdir və iltihab reaksiyası, tənəffüs yollarının kirpikli epitelinin disfunksiyası və oksidativ zədələnmə vasitəsilə təsirini göstərir. Havanın çirklənməsi və peşə təsirlərinə məruzqalma digər ümumi etiologiyalardır. AXOX-un patogenezində erkən yaşda özünü göstərən panasinar emfizema, xüsusilə alfa-1 antitripsin çatışmazlığı olan xəstələrdə oksidativ stres, protein və anti-protein disbalansı da vacib amillərdəndir.[1]

Patofiziologiya

AXOX-un əlaməti mərkəzi tənəffüs yolları, periferik tənəffüs yolları, ağciyər parenximası, alveol və ağciyər vaskulyarizasiyasına təsir edən xroniki iltihabdır. Bu dəyişikliklərin əsas komponentləri daralma və tənəffüs yollarının rekonstruksiyası, qoblet hüceyrələrinin sayının artması, mərkəzi tənəffüs yollarının selik ifraz edən vəzilərinin böyüməsi və nəhayət, sonrakı vaskulyar yataq dəyişiklikləri ağciyər hipertoniyasına gətirib çıxarır. Bunun, kliniki mənzərəni müəyyənləşdirən patoloji dəyişikliklərə səbəb olduğu düşünülür.

Tədqiqatlar göstərir ki, tənəffüs zamanı nəfəsə çəkilən qıcıqlandırıcılar xəstənin tənəffüs yolları, alveollar və ağciyərlərin qan damarlarındakı dəyişikliklərə səbəb olan iltihab reaksiyasını yaradır. Aktivləşmiş makrofaqlar, neytrofillər və leykositlər bu prosesdə əsas hüceyrələrdir. Astmadan fərqli olaraq, eozinofillər bəzən kəskin ağırlaşmalar istisna olmaqla, AXOX-da heç bir rol oynamır. Buna baxmayaraq, xəstə səviyyəsində aparılmış metaanaliz göstərmişdir ki, qanda eozinofillərin miqdarı daha aşağı olan AXOX xəstələrində, daha yuxarı göstəriciləri olan xəstələrlə müqayisədə, daha çox pnevmoniya hadisələri qeydə alınır.[11]

AXOX-un alt qrupu olan emfizemada iltihab reaksiyalarının son nəticəsi elastinin parçalanması və daha sonra alveolyar tamlığın itirilməsidir.[12] AXOX-un digər fenotipi olan xroniki bronxitdə bu iltihablı dəyişikliklər kirpikli epitelin disfunksiyasına və həddindən artıq selik ifrazına səbəb olan qoblet hüceyrə ölçüsü və miqdarının artmasına gətirib çıxarır. Bu dəyişikliklər hava axınının azalması, hipersekresiya və xroniki öskürəyə cavabdehdir. Hər iki vəziyyətdə dəyişikliklər proqressivdir və adətən, geri dönməyəndir.

Tənəffüs yollarının müqavimətinin artması AXOX-un fizioloji təyinidir. Elastikliyin azalması, ağciyər parenximasında fibroz dəyişikliklər və tənəffüs yollarının ifrazatlarla obstruksiyası tənəffüs yollarının müqavimətini artırır. Nəfəsvermə axınının məhdudlaşması hiperinflyasiya yaradır. Bu araşdırma, ağciyər parenximasının destruksiyasından əlavə, xüsusilə fəallıq dövründə AXOX xəstələrini hipoksiyaya yaxınlaşdırır. Proqressiv hipoksiya sonrakı ağciyər hipertoniyası ilə vaskulyar saya əzələsinin qalınlaşmasına səbəb olur və bu, xoşagəlməz proqnoz daşıyan gecikmiş hadisədir.[13][14]

Təsnifat

Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyinin Təsnifatı üzrə Qlobal Təşəbbüs[2]

AXOX-da hava axınının məhdudlaşmasının kəskinləşməsi təsnifatı:

Ağciyərin funksional testində, adətən, AXOX üçün bronxodilatatordan sonrakı FEV1/FVC əmsalı 70%-dən və FEV1 üçün isə 80%-dən aşağı hesab edilir. Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi üzrə Qlobal Təşəbbüs (AOXQ) sistemi hava axınının məhdudlaşmasını mərhələlər üzrə kateqoriyalaşdırır:

  • I Mərhələ - Yüngül: Simptomlarla və ya simptomlarsız olan proqnozlaşdırılan dəyəri FEV1/FVC 70%-dən aşağı və FEV1 80%-ə bərabər və ya yuxarı olan

  • II Mərhələ - Orta: Simptomlarla və ya simptomlarsız olan proqnozlaşdırılan dəyəri FEV1/FVC 70%-dən aşağı və FEV1 50-80% olan

  • III Mərhələ - Ağır: Simptomlarla və ya simptomlarsız olan proqnozlaşdırılan dəyəri FEV1/FVC 70%-dən aşağı və FEV1 30-50% olan

  • IV Mərhələ - Çox ağır: Xroniki tənəffüs pozğunluğu olan proqnozlaşdırılan dəyəri FEV1/FVC 70%-dən aşağı və FEV1 30%-dən aşağı və ya FEV1 50%-dən aşağı olan.

AOXQ təlimatları simptomlara, hava axınının məhdudlaşması və kəskinləşmə riskinə uyğun olaraq, qrup xəstələrinə kombinasiya edilmiş AXOX qiymətləndirmə yanaşmasını istifadə edir. Simptomlar, Britaniyanın modifikasiya edilmiş Tibbi Tədqiqat Şurası (mMRC) və ya AXOX qiymətləndirmə sınağı (CAT) miqyasından istifadə edilməklə, qiymətləndirilir. Hava axını obstruksiyası və öncəki kəskinləşmələr (ikisindən daha böyük) də qiymətləndirilir və qrupu müəyyənləşdirən simptomlara daxil edilir.

  • A Qrupu: Aşağı risk (hər il 0-1 kəskinləşmə, hospitalizasiya tələb etmir və / və ya 1-2 AOXQ-nin spirometrik təsnifatı) və daha az simptom (mMRC 0-1 və ya CAT 10-dan aşağı)

  • B Qrupu: Aşağı risk (hər il 0-1 kəskinləşmə, hospitalizasiya tələb etmir və / və ya 1-2 AOXQ-nin spirometrik təsnifatı) və daha çox simptom (mMRC 2 və daha yuxarı və ya CAT 10 və ya aşağı)

  • C Qrupu: Yüksək risk (hər il 2 və daha yuxarı kəskinləşmə və ya bir dəfə hospitalizasiya tələb edir və / və ya 3-4 AOXQ-nin spirometrik təsnifatı) və daha az simptom (mMRC 0-1 və ya CAT 10-dan aşağı)

  • D Qrupu: Yüksək risk (hər il 2 və daha yuxarı kəskinləşmə və ya bir dəfə hospitalizasiya tələb edir və / və ya 3-4 AOXQ-nin spirometrik təsnifatı) və daha çox simptom (mMRC 2 və daha yuxarı və ya CAT 10 və ya yuxarı).

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.