Müalicə alqoritmi
Nəzərinizə çatdırmaq istərdik ki, dərman tərkibləri və dozalar dərmanın adı və brendləri, eləcə də dərman məlumat bazaları və istifadə olunan ərazilərə görə fərqlənə bilər. Müalicə ilə bağlı tövsiyələr pasiyent qruplarına görə müəyyənləşir. Baxın: məsuliyyətdən imtina etmə şərtlərinə
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (XNPM) xəstəlik hadisəsi təyinləri üzrə infeksiya riski altında olduğu müəyyənləşdirilən xəstələr fərdi hamam otağı avadanlıqları ilə təchiz olunmuş otaqda dərhal təcrid edilməlidirlər.[73][76]
Xəstəyə qulluq edən tibb işçiləri dərc edilmiş protokollara cavab verən müvafiq şəxsi mühafizə vasitələri (ŞMV) geyinməlidirlər. World Health Organization (WHO): personal protective equipment for use in a filovirus disease outbreak - rapid advice guideline external link opens in a new window Centers for Disease Control and Prevention (CDC): guidance on personal protective equipment (PPE) to be used by healthcare workers during management of patients with confirmed Ebola or persons under investigation (PUIs) for Ebola external link opens in a new window
Bütün kontaminasiya olunmuş materiallar (geyimlər, yataq ağları) potensial olaraq yoluxucu kimi nəzərdə tutulmalıdır.
Laboratoriya tədqiqatları üçün nümunələr (Ebola ƏT-PZR, qanın ümumi analizi, zərdab kreatinin və sidik cövhəri, qaraciyərin funksional testləri, arterial qanın qaz tərkibi, laxtalanma tədqiqatları, qan kulturaları və malyariya kimi digər vəziyyətlər üçün tədqiqatlar) yerli və milli protokollara əsasən toplanmalı və göndərilməlidir. Laboratoriya və digər tibb işçiləriınə ötürülmə riskini azaltmaq məqsədilə tədqiqatların əsaslandırılmış seçimi vacibdir. World Health Organization (WHO): how to safely collect blood samples from persons suspected to be infected with highly infectious blood-borne pathogens external link opens in a new window Centers for Disease Control and Prevention (CDC): guidance for collection, transport and submission of specimens for Ebola virus testing external link opens in a new window
Xəstənin qəbulunda erkən olaraq mərkəzi kateterin yerləşdirilməsi (mümkün olarsa) iynə deşiyi zədələri riskini azaltmaqla qanın götürülməsi və mayenin verilməsinə şərait yaradır.[125]
Xəstələrə gündə 3 dəfə baxış keçirməklə hər 4 xəstəyə ən azı bir klinisist (tibb bacıları, kliniki işçilər və ya həkimlər) nəzərdə tutulmuş ştat cədvəli tövsiyə olunur.[124]
İnfeksiya riskini artırmadan psixoloji narahatlığı azaltmaq üçün tibb işçiləri ailə və dostlarla ünsiyyət (məs., mobil telefon və ya internetdən istifadə etməklə) üçün şərait yaratmalıdırlar.[124]
Ebola virusu infeksiyası haqqında təcili bildiriş verilməli xəstəlikdir.
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Məhlulların peroral qəbuluna tab gətirə bilən və şiddətli dehidratasiya olunmayan xəstələr üçün peroral rehidratasiya məhlulları istifadə edilə bilər, amma xəstələrin əksəriyyətində ya fizioloji məhlul, ya da laktat Ringer məhlulu ilə damardaxili maye terapiyasına ehtiyac olur.[20][75]Seçimlərə periferik və ya mərkəzi venadaxili və ya sümükdaxili müdaxilə aiddir.[124]
Tələb olunan venadaxili mayelərin həcmi kliniki müayinəyə (dehidratasiyanın səviyyəsi, şok əlamətləri) və maye itkisi səviyyələrinə (ishal və\və ya qusuntunun həcmi) əsaslanaraq, qiymətləndirilməlidir. İshal müşahidə edilən qızdırmalı xəstələrdə maye terapiyasının böyük həcmləri (10 l/gün) tələb oluna bilər.[37]
Sıx nəzarət və müntəzəm monitorinq tələb olunur, çünki reaksiyanı qiymətləndirmək və həddən artıq maye verilməsinin qarşısını almaq vacibdir. Xəstələr şok, dehidratasiya və ya həddən artıq hidratasiya əlamətləri üzrə yoxlanılmalı və maye nisbəti müvafiq şəkildə nizamlanmalıdır. Hipovolemiyanı aşkar etmək üçün həyat əlamətlərinə (yəni, ürək yığılmalarının tezliyi, qan təzyiqi, ifraz olunan sidiyin miqdarı, mədə-bağırsaq sistemində mayenin itirilməsi) ümumi nəzarət və gündə ən azı 3 dəfə həcm statusunun yoxlanılması tələb olunur.[124]
İzolyatorda xəstənin yatağı yanında testlərin aparılması xəstənin biokimyəvi statusuna daha effektiv nəzarət etməyə kömək edir və nümunə daşınması ilə əlaqəli riskləri azaldır.[95] Elektrolit nəzarəti gündəlik icra edilməli və ehtiyac olan səviyyədə təmin edilməlidir.[20] Venadaxili mayelərin böyük həcmləri tətbiq olunarsa və ya ciddi biokimyəvi anormallıqlar mövcud olarsa, daha tez-tez nəzarətin aparılması məsələsinə baxılmalıdır.
Kalium terapiyasının (5-10 mmol [5-10 mEq/l] hər saat kalium xlorid) böyük miqdarları da tələb oluna bilər.[22][113][128]
Qanda laktatın yüksək səviyyələri perfuziya çatışmazlığının etibarlı göstəricisidir və maye reanimasiyasının aparılmasına kömək edə bilər.[95]
Maye və elektrolitlərin idarə olunması, eləcə də kəskin xəstəlik və rekonvalessent dövrdə müvafiq qidalanmanın saxlanılması üzrə spesifik tövsiyələr üçün ÜST rəhbər qaydalarına müraciət edilməlidir.
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
İlkin üsullar
parasetamol: uşaqlar: 10-15 mq/kq peroral/rektal, ehtiyac olduqda hər 4-6 saatdan-bir, maksimum 75 mq/kq/gün; böyüklər: 500-1000 mq peroral/rektal, ehtiyac olduqda hər 4-6 saatdan-bir, maksimum 4000 mq/gün
İkinci dərəcəli üsullar
morfin sulfat: uşaqlar: 0.2-0.4 mq/kq peroral, ehtiyac olduqda hər 4-6 saatdan-bir, və ya 0.05-0.1 mq/kq venadaxili, ehtiyac olduqda hər 4-6 saatdan-bir; böyüklər: 2.5-10 mq peroral/venadaxili, ehtiyac olduqda hər 4 saatdan-bir
Birinci sıra müalicəsi parasetamoldur (ağrı və qızdırma üçün).[132]
Daha şiddətli ağrı üçün opioid analgetiklərə (məs., morfin) üstünlük verilir.[132]
Qanaxma riskini artırması ilə əlaqədar və potensial nefrotoksiklik səbəbindən qeyri-steroid iltihab əleyhinə dərmanlardan (aspirin daxil olmaqla) imtina edilməlidir.
Disfagiya olarsa, analgeziya kömək edə bilər.
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
İlkin üsullar
metoklopramid: uşaqlar: dozalara dair mütəxəssislə məsləhətləşin; böyüklər: 10 mq peroral/venadaxili, hər 8 saatdan-bir, maksimum 30 mq/gün
VƏ YA
ondansetron: uşaqlar: dozalara dair mütəxəssislə məsləhətləşin; böyüklər: 4-8 mq peroral/venadaxili, ehtiyac olduqda hər 8-12 saatdan-bir, maksimum 24 mq/gün
Qusmaya qarşı peroral və venadaxili vasitələr (ondansetron, metoklopramid) tövsiyə olunur.[132]
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Bəzi müəssisələrdə, xüsusilə diaqnostik testlərə əlçatanlığın zəif olduğu endemik ərazilərdə nəzarət protokolunun bir hissəsi kimi xəstələrə müntəzəm olaraq genişspektrli antibiotiklər verilir.
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Keçmiş alovlanmalardan məhdud sayda dəlil mövcuddur ki, rekonvalessent xəstələrdən qanın köçürülməsi infeksiyanın kəskin fazasında faydalıdır və ölüm göstəricisini azalda bilər.[9][136] Rekonvalessent zərdabın istifadəsinin xalis qanın istifadəsinə nisbətən daha müyəssər və effektiv olduğu ehtimal edilir.[137][138]
Qvineyada aparılmış sınaqlar rekonvalessent zərdabla müalicə olunan xəstələrdə bu müalicənin sağqalmaya müsbət effektini göstərməmişdir, baxmayaraq ki, müalicə təhlükəsiz olmuş və kəskin ağırlaşmalar qeydə alınmamışdır.[139][140]
ÜST rekonvalessent qan/zərdab istifadəsinə dair rəhbər qaydalar təsis etmişdir.
qıcqırma hissi/disfagiya/abdominal ağrı
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
İlkin üsullar
omeprazol: ≥10 yaşlı uşaqlar və böyüklər: 20 mq peroral, gündə 1 dəfə
Xəstələr müvafiq antasid vasitə və ya proton pompası inhibitorunun (omeprazol) tətbiqindən faydalana bilər.[132] Disfagiya olarsa, analgeziya kömək edə bilər.
ishal ilə
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
İlkin üsullar
sink: <6 aylıq uşaqlar: 10-14 gün ərzində gündə 1 dəfə peroral 10 mq; ≥6 aylıq uşaqlar: 10-14 gün ərzində gündə bir dəfə peroral 20 mq
İshaldan əziyyət çəkən uşaqlar üçün sink tövsiyə olunur.[132]
Xəstələr mədə-bağırsaq infeksiyalarına görə müayinə və müvafiq şəkildə müalicə edilməlidirlər.[132]
Qərbi Afrikadakı 2014-cü il alovlanmasında ağır ishaldan əziyyət çəkən xəstələrdə fekal nəzarət sistemləri uğurla tətbiq olunmuşdur. Bu üsula dözümlülük yaxşı olmuş və infeksiyanın profilaktikasında və tibb işçiləri üçün nəzarətdə faydalı olmuşdur.[97]
qıcolmalar ilə
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
İlkin üsullar
diazepam: uşaqlar: dozalara dair mütəxəssislə məsləhətləşin; böyüklər: ilkin olaraq 5-10 mq venadaxili/əzələdaxili, zəruri olduqda, hər 10-15 dəqiqədən-bir təkrarlayın, maksimum 30 mq/ümumi doza
və ya
rektal diazepam: uşaqlar: dozalara dair mütəxəssislə məsləhətləşin; böyüklər: tək doza kimi 0,2 mq/kq rektal, zəruri olarsa, 4-12 saatdan sonra ikinci doza verilə bilər.
-- VƏ / VƏ YA --
fenobarbital: uşaqlar: dozalara dair mütəxəssislə məsləhətləşin; böyüklər: ilkin olaraq 10 mq/kq venadaxili, daha sonra qıcolmalar nəzarət altında olana kimi hər 30-60 dəqiqədən-bir 5 mq/kq, maksimum 30 mq/kq
Baxmayaraq ki, az rast gəlir, qıcolmalar irəliləmiş xəstəliyin xüsusiyyətidir və tibb işçiləri üçün risk yaradır, çünki onlar xəstənin bədən mayeləri ilə təmas riskini artırır.
Təkanverici faktorların tanınması və aradan qaldırılması (qızdırma, hipoperfuziya, elektrolit pozğunluqları, hipoqlikemiya) zəruridir.
Qıcolmaların qarşısını almaq məqsədilə benzodiazepin (venadaxili/əzələdaxili və ya rektal diazepam) istifadə edilə bilər, təkrar baş verən qıcolmalar üçün antikonvulsant vasitələr (fenobarbital) verilə bilər.[132]
həyəcan ilə
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
İlkin üsullar
diazepam: uşaqlar: dozalara dair mütəxəssislə məsləhətləşin; böyüklər: tək doza şəklində 5 mq peroral/venadaxili
VƏ YA
haloperidol: uşaqlar: dozalara dair mütəxəssislə məsləhətləşin; böyüklər: tək doza şəklində 5 mq əzələdaxili
Baxmayaraq ki, az rast gəlir, həyəcan ensefalopatiya və ya güman ki, beyində virusun birbaşa təsiri ilə müşayiət oluna bilər və irəliləmiş xəstəlikdə baş verə bilər.
Xəstənin sakitləşdirilməsi və tibb işçilərində iynə deşiyi zədələrinin qarşısının alınması üçün sedativ vasitənin (haloperidol və ya benzodiazepin) əsaslandırılmış istifadəsi vacibdir.[132]
Təkrar dozalar kliniki reaksiyaya əsaslanır.
respirator distreslə müşayiət olunan
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Oksigen SpO2 ≥90% səviyyəsini təmin etmək üçün titrasiya edilməlidir. Həmçinin, SpO2 <94% olduqda, təyin edilə bilər. Xəstələr pnevmoniya, bədəndə həddən artıq maye, fitverici tənəffüs və durğunluq ürək çatışmazlığına görə müayinə edilməli və müvafiq şəkildə müalicə olunmalıdırlar.[132]
sepsis/septiki şok ilə
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Mövcud meyarlardan istifadə edərək, sepsis və septiki şokun müəyyənləşməsi sürətlə icra olunmalıdır. Nəzarət bakterial sepsisdə olduğu kimi eyni prinsiplərə riayət edilməklə aparılır. Yerli təlimatlara riayət edilməlidir, lakin aşağıdakılar daxil olmaqla: qan kulturalarını göndərdikdən sonra birinci saatda genişspektrli antibiotiklərdən istifadə; reaksiyanın qiymətləndirilməsi ilə sürətli venadaxili maye reanimasiyası (30 dəqiqə ərzində və ya mümkündürsə, daha tez); tənəffüs yollarına müvafiq nəzarət və oksigenin verilməsi və sidik kateterinin qoyulmasına, həmçinin, həyat əlamətlərinə və kliniki əlamətlərə üstünlük verməklə diurezə nəzarət.[133]
Qanda laktat səviyyələri perfuziyanı və reanimasiyaya reaksiyanı qiymətləndirməyə kömək etmək üçün faydalı vasitədir.
İlkin idarəolunmaya reaksiya olmadıqda, inotrop dəstək nəzərdə tutulmalıdır, intensiv qulluq bölməsində mərkəzi venoz kateterə üstünlük verilir ki, bu zaman invaziv monitorinq maye, elektrolit və turşu balansının daha intensiv korreksiyasını təmin edir.[95][120]
Qansızmanın mümkünlüyü, xüsusilə dəri və ya selikli qişada qanaxma olan xəstələrdə nəzərə alınmalıdır.
Sepsis/septiki şokun nəzarəti üzrə spesifik tövsiyələr üçün ÜST rəhbər qaydalarına müraciət edilməlidir.
orqan disfunksiyası ilə
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Poliorqan disfunksiyası irəliləmiş infeksiyanın ümumi xüsusiyyətidir və kəskin böyrək çatışmazlığı, pankreatit, adrenal (böyrəküstü) çatışmazlıq və qaraciyərin zədələnməsindən ibarətdir.
Qaraciyərin zədələnməsi (hepatit) çox rast gəlir; baxmayaraq ki, sarılıq çox rast gələn xüsusiyyət deyil.[60]
Böyrək disfunksiyası irəliləmiş mərhələlərdə çox rast gəlir, lakin ilkin mərhələlərdə müvafiq maye reanimasiyası ilə qarşısı alına bilər.[60] Maye reanimasiyasına reaksiya verməyən, anuriyanın müşahidə edildiyi xəstələrdə əvəzləyici böyrək terapiyası istifadə edilmişdir, baxmayaraq ki, bu üsulun effektivliyini dəstəkləyən sınaq məlumatları yoxdur. Avropa və Şimali Amerikada həm invaziv mexaniki ventilyasiya, həm də böyrək dəyişmə ilə müalicə edilən, poliorqan çatışmazlığı olan 5 xəstədən 3-ü ölmüşdür.[37][88][113][115][135]
nəzərəçarpan qanaxma/hemorragiya ilə
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
İlkin üsullar
fitomenadion: dozaya dair təlimat üçün mütəxəssis ilə məsləhətləşin
VƏ YA
tranekzam turşusu: dozaya dair təlimat üçün mütəxəssis ilə məsləhətləşin
Massiv qanaxma az hallarda baş verir, proqessivləşmiş infeksiyanın təzahürü olaraq meydana gələrək, çox vaxt ölümcül nəticə verir.
Yerli protokollara əsasən, mümkün olduqda kliniki və laboratoriya göstəricilərinə (məsələn, hemoqlobin, hematokrit, BNN) əsaslanaraq, təzə xalis qan və ya trombosit və ya zərdab transfuziyası aparılmalıdır.[132][134]
K vitamini və tranekzam turşusu qanaxmalı xəstələrin əsaslanmış müalicə üsullarıdır.[132]
malyariya ilə
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Malyariya mövcud olarsa, müvafiq malyariya əleyhinə terapiyaya görə müayinə və müalicə olunmalıdır, eyni zamanda Ebola virusu infeksiyası və ikili infeksiyanın mümkünlüyünə görə xəstənin riski yadda saxlanılmalıdır. Endemik ərazilərdə infeksiyanın təsdiqi ilə və ya təsdiqi olmadan müntəzəm nəzarət protokolunun bir hissəsi kimi malyariya müalicəsi, adətən, tətbiq olunur.
hamilə olanlar
Seçilmiş xəstə qruplarında BÜTÜN xəstələrə tövsiyə olunan müalicə
Hamilə qadınların ümumi tibbi nəzarəti yoluxmuş hər hansı digər şəxs üçün olduğu kimidir.
Yoluxmuş qadınlarda doğuş zamanı qanaxma və spontan uşaqsalma çox rast gəlir; bu səbəbdən, mamalıq tədbirləri hemorragik ağırlaşmaşların nəzarəti və erkən müalicəsinə yönəldilməlidir.[21][141][142][143][144] 2014-cü il alovlanması üzrə təcrübə göstərir ki, yaxşı nəticələrə nadir hallarda nail olmaq mümkündür.[145]
Hamilə qadınlara qulluq göstərən tibb işçiləri tərəfindən ŞMV-nin istifadəsinə dair tövsiyələr hamilə olmayan xəstələrə qulluq göstərən tibb işçiləri üçün olduğu kimidir.
Bir üsulun digərindən üstün olub olmadığı haqqında mövcud olan məlumatlar yoxdur. Ana südünün Ebola virusuna görə PZR nəticəsi mənfi olan hallar istisna olmaqla, yoluxmuş və ya yoluxmaya şübhəli olan qadınlara körpələrini əmizdirmək məsləhət görülmür.
Dölyanı mayedə virusun olduğu müşahidə edilmişdir, bura qanda səviyyənin müəyyən edilə bilinməməsi halı da daxildir. Bu səbəbdən, doğuşla bağlı tövsiyələrə süni vasitələrlə doğuşun həyata keçirilməsi, xüsusilə selikli qişaların kəsilməsinin qarşısının alınması daxildir.[145]
ÜST və XNPM hamilə qadınlara qulluq göstərilməsinə görə spesifik təlimat işləyib hazırlamışdır: World Health Organization (WHO): Ebola virus disease in pregnancy: screening and management of Ebola cases, contacts and survivors external link opens in a new window Centers for Disease Control and Prevention (CDC): guidance for screening and caring for pregnant women with Ebola virus disease for healthcare providers in US hospitals external link opens in a new window
İngiltərə İctimai Səhiyyə Təşkilatı (İİST) da təlimat tərtib etmişdir: Public Health England (PHE): Ebola in pregnancy - information for healthcare workers external link opens in a new window
XNPM, həmçinin, yoluxmuş qadınların yeni doğulmuş körpələrinə qulluq göstərilməsinə dair spesifik təlimat işləyib hazırlamışdır: Centers for Disease Control and Prevention (CDC): care of a neonate born to a mother who is confirmed to have Ebola, is a person under investigation, or has been exposed to Ebola external link opens in a new window
Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.