Skrininq

Ebola virusu infeksiyası əsasən yoluxmuş xəstələrlə sıx fiziki təmas vasitəsilə ötürülür. Xəstələr simptomatik olana kimi infeksiya riskinə dair dəlil yoxdur, lakin gecikmiş diaqnostika xəstənin effektiv izolyasiyasını ləngidir və təmasda olan insanlar arasında infeksiyanın potensial olaraq ötürülməsinə şərait yaradır. Bu səbəbdən, skrininq və xəstəlik hadisəsinin fəal aşkarlanması epidemiyanın qarşısının alınması və ya dayandarılmasında vacib nəzarət strategiyasıdır.

Erkən diaqnostika risk altında olan xəstələrin müəyyənləşdirilməsindən asılıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) tərəfindən hazırlanmış xəstəlik hadisəsinin standart təyinləri yoluxma anamnezinin mövcudluğu, eyni zamanda xəstəliyin kliniki sübutlarına əsaslanır (qızdırma, başağrı, mialgiya). Epidemiya əraziləri daxilində yoluxma anamnezi daha az faydalıdır. ÜST və XNPM tərəfindən xəstəlik hadisəsinin təyinlərinə keçidlər aşağıda qeyd edilmişdir:

Bu xəstələr üçün skrininqin aparılması dərhal izolyasiya və tədqiqatı tələb edən potensial xəstəlik hadisələrinin cəld müəyyənləşdirilməsini təmin edir. Asimptomatik olan və epidemioloji risk faktorlarına malik xəstələrə yoluxma risklərindən asılı olaraq, inkubasiya dövrünə görə nəzarət edilməsi tələb oluna bilər (gündə iki dəfə temperatur göstəriciləri). Bu, simtompların sürətli aşkarlanması və daha sonra dərhal izolyasiyanın aparılmasını təmin edir.

World Health Organization (WHO): Ebola surveillance in countries with no reported cases of Ebola virus disease external link opens in a new window

ÜST, XNPM və İngiltərə İctimai Səhiyyə Təşkilatı hamilə qadınların skrininqi və qulluq edilməsinə görə təlimat tərtib etmişdir.

World Health Organization (WHO): Ebola virus disease in pregnancy: screening and management of Ebola cases, contacts and survivors external link opens in a new window

Centers for Disease Control and Prevention (CDC): guidance for screening and caring for pregnant women with Ebola virus disease for healthcare providers in US hospitals external link opens in a new window

Public Health England (PHE): Ebola in pregnancy - information for healthcare workers external link opens in a new window

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.