Proqnoz

Ebola virusu infeksiyasının təbii kliniki gedişi müxtəlif virus növləri arasında və mövcud simptomatik tibbi qulluğun səviyyəsinə görə nəzərəçarpacaq dərəcədə fərqlənir. Zair ebolavirusu ən ölümcül növdür, xəstəlikdən ölüm göstəricisi 90%-ə qədər yüksəkdir. Xəstəlik hadisəsinin orta ölüm göstəricisi 2014-cü ildə Qərbi Afrikanın müalicə mərkəzlərinin çoxunda təqribən 50% olmuşdur, lakin ölüm göstəricisi digər keçmiş alovlanmalarda 25-90% təşkil etmişdir.[2] Bir çox epidemiyalar kiçik dəstəkləyici terapiyaya malik resursları zəif müəssisələrdə baş vermişdir; bu səbəbdən, digər müəssisələrdə ölüm göstəricisi 40%-dən aşağı ola bilər.[95]

Daha az yaşlı uşaqlar(<5 yaşlı uşaqlar) və 40 yaşından yuxarı böyüklər, yeniyetmələr və daha gənc böyüklər ilə müqayisədə, yüksək ölüm göstəricisinə malikdir. Qadınlar, kişilərlə müqayisədə, daha yaxşı sağqalma göstəricisinə malikdirlər.[186] Yüksək virus yükü, böyrəklərin kəskin zədələnməsi və nevroloji cəlb olunma da zəif nəticənin göstəriciləridir.[18][6][20][21][22][81][82][94][121][122][123]

1995-ci ildə baş vermiş alovlanmada aparılmış müşahidə tədqiqatı alovlanmanın ilkin və yekun mərhələləri arasında 93% və 69% arasında dəyişən ölüm göstəricisində nəzərəçarpan azalmanı göstərmişdir.[187] Bu, çox güman ki, sonrakı xəstəlik hadisələrini daha erkən aşkarlamışdır və daha yüksək keyfiyyətli qulluğun göstərildiyi ehtimal edilir.

Hamilə qadınlar yüksək uşaqsalma insidentliyinə malikdir və bu qadınlarda infeksiya, adətən, ölümcüldür.[21][141][142][143]

İİV infeksiyasının təsirlərinə dair məlumatlar proqnostik olaraq gözlənilir. Tədqiqatların biri göstərir ki, GB virus C-dən ibarət infeksiya Qərbi Afrikalıların 28%-də rast gələn immunomodulyasiyalı pegivirus kəskin Ebola virusu xəstəliyindən daha yaxşı sağqalma ilə müşayiət olunur.[188]

İnfeksiya kursu

Ölmüş xəstələr infeksiyada erkən olaraq kliniki əlamətləri inkişaf etdirməyə meyilli olurlar, ölüm adətən şok və bir çox orqanların çatışmazlığına aid edilir, bir qayda olaraq infeksiyanın 6 və 16-cı günlərində baş verir.[6][13][14][15] Sonda sağalan xəstələrdə təxminən 6-11 gün ərzində, adətən, yaxşılaşma ilə bir neçə gün təcrid olunmuş qızdırma təzahür olunur.[94]

Proqnostik göstəricilər

Müşahidə tədqiqatları göstərmişdir ki, simptomun başlamasından orta göstərici ilə 9 gün sağ qaldığı müşahidə edilən xəstələr ilə müqayisədə ölümlə nəticələnən xəstəliyə malik şəxslərdə infeksiyanın gedişində erkən olaraq infeksiyanın irəliləmiş xüsusiyyətləri (gücdəndüşmə, ağrı hissinin zəifləməsi, qan təzyiqinin aşağı düşməsi, nevroloji halların cəlb olunması) inkişaf edir.[6][13] Böyrəklərin kəskin zədələnməsi və yüksək virus yükü mənfi nəticə və ölüm göstəricisinin artması ilə sıx əlaqəlidir.[20][21][22][61][90][92] Proqnostik göstəricilər kimi biomarkerlər əlavə tədqiqat tələb edir.[13][75][94]

Sağalma və rekonvalessensiya

İnfeksiyanın ikinci həftəsindən sonra yaşayan xəstələr >75% sağqalma imkanına malikdir.[16] Xəstələr hərəkət edə bildikdə, özlərinə qulluq göstərdikdə, əhəmiyyətli simptomlara malik olmadıqda (ishal, qusma, qanaxma) və 48 saat fərqi ilə Ebola virusu üçün 2 mənfi əks-transkipsiyalı polimeraz zəncirvarı reaksiya (ƏT-PZR) nəticəsinə malik olduqda, adətən, təcrid müəssisəsindən buraxılırlar.[90] Toxum mayesində virusun yayılması sağalmadan sonra bir il və altı aydan çox davam edə bilər.[40][41][42][189][44][45][47][48][190][191] Kəskin infeksiyadan sağaldıqdan sonra 4-6 ay ərzində virus kişilərin 62%-nin toxum mayesində aşkar edilir.[189] Digər tədqiqat aşkar etmişdir ki, sağalmadan 12 ay və ya daha uzun müddət sonra kişilərin 63%-nin toxum mayesinin virus üzrə sınaq nəticəsi müsbət olub və müalicə mərkəzindən buraxılma və nümunələrin toplanması arasındakı interval ən uzun interval olan 565 gün olmuşdur.[190] 5% kişilərdə virus həm də xəstəliyin başlamasından 548 gün sonra toxum mayesində aşkar olunmuşdur.[191] Virusun kişidən cinsi pantyoruna cinsi yolla ötürülməsi Liberiyada genom tədqiqatları ilə təsdiqlənmişdir.[46] Ebola virusu, həmçinin, vaginal mayedə də aşkar edilmişdir.[49] Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, xəstələrə simptomların başlanmasından 3 ay sonra hər ay sperma müayinəsi təklif olunmalıdır və onlar bir ay fərqlə aparılmış sperma sınağında mənfi nəticələr əldə olunana qədər ideal halda cinsi əlaqəyə girməməli və ya qoruyuculardan istifadə etməlidirlər (və ya simptomlar aradan qalxdıqdan ən azı 12 ay sonra).[43]Viremiya olmadıqda belə, virus tərdə (40 günə qədər), sidikdə (30 günə qədər), konyunktival mayedə (22 günə qədər), nəcisdə (19 günə qədər) və ana südündə (17 günə qədər) aşkar olunur.[192]

Sağ qalan xəstələrdə, adətən, oynaq ağrısı (76-77%), yorğunluq (69%), okulyar simptomlar (14-60%), başağrı (48-54%), qarında ağrı (54%), qanazlığı (50%), dəri xəstəlikləri (49%) və eşitmə pozuntuları ilə əlaqəli simptomlar (24) ilə xarakterizə olunan uzunmüddətli sağalma müşahidə olunur.[193][194][195]

Rekonvalessensiya zamanı gecikmiş ağırlaşmalar olan orxit, miyelit, parotit, pankreatit, hepatit və psixoz ola bilər.[17] Sağ qalanlar göz damarlarının iltihabı (ön, arxa və ya panuveit) riski altında ola bilərlər ki, bu da ikincili struktur ağırlaşmalarına, görmənin zəifləməsinə və ya korluğa səbəb ola bilər.[196] Retrospektiv, nəzarətsiz, müxtəlif qrupları əhatə edən tədqiqat işlərindən birində aşkar edilmişdir ki, sağ qalanların təqribən 28%-i Ebola ilə əlaqəli göz damarlarının iltihabına və 3%-i Ebola ilə əlaqəli optik neyropatiyaya məruz qalmışdır. Göz damarlarının iltihabından əziyyət çəkən xəstələrin 38,5%-i kor olmuşdur (görmə itiliyi >20/400).[197] Sağ qalanların birində infeksiyanın başlamasından 14 həftə sonra və qandan virusun təmizlənməsindən 9 həftə sonra həyat qabiliyyətli Ebola virusunun aşkarlanması ilə kəskin uveit müşahidə edilmişdir.[198][199] Həmçinin, optik sinir aksonlarının anatomik paylanmasından sonra birtərəfli ağ katarakta və retinal yeni yaraların meydana gəlməsi qeydə alınmışdır.[200] Bu ağırlaşmaların etiologiyası aydın deyil, amma immun kompleksi hadisəsi və ya immun sisteminin üstünlük təşkil etdiyi nahiyələrdə Ebola virusunun davamlılığı ilə əlaqəli ola bilər. Sağ qalanlar üçün sağaldıqdan sonra ən azı 18 ay ərzində müntəzəm müayinədən keçmək tövsiyə olunur.[191]

Ehtimal edilir ki, infeksiyadan sağ qalanlar Ebola virusunun eyni ştammına ömürlük immunitet qazanırlar. Bunun nəticəsi olaraq, infeksiyadan sağalmış xəstələr fəal infeksiyaların müşahidə edildiyi xəstələrə qulluq göstərilməsində münasib deyil. Lakin insanların toplandığı yerlərdə virusun davamlılığı hələ də tam aydın deyil. Bir mühacir səhiyyə işçisi 2015-ci ildə ağır ilkin Ebola virusu xəstəliyindən sağaldıqdan 9 ay sonra Ebola virusu meninqoensefaliti ilə (OBM və ya zərdabın ƏT-PZR müayinəsi Ebola virusuna görə müsbət olmuşdur) qeydə alınmışdır.[201] Sonradan meydana gələn ensefalit və poliartrit halları da həmçinin, qeydə alınıb,[202] belə ki, sağalmadan bir il sonra sağ qalan yoluxmuş xəstədən yoluxma halları mövcud ola bilər.[203] Uzadılmış davamlılıq və kliniki xəstəliyin gec yenidən əmələ gəlməsinin mümkünlüyü ardıcıl xəstəliklər ilə təzahür olunan sağ qalanlara epidemioloji və kliniki yanaşmanı güman ki, dəyişəcək. Həmçinin, kəskin Ebola infeksiyasından sağaldıqdan sonra tezliklə hamilə qalan qadınların nəzarətinə dair nəzər narahatlıq mövcuddur.

Sağ qalan və ya ölmüş insanların yetim övladları bir çox cəmiyyətlərdə damğa və cəmiyyətdən kənarlaşdırılma halı (ostrakizm) ilə qarşılaşır. Bu, psixoloji problemlər ilə müşayiət oluna bilər.[204][205]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.