İlkin profilaktika

Alovlanma baş vermiş ərazidə insanlar üçün aşağıdakı profilaktik tədbirlər tövsiyə olunur:

  • Gigiyenaya ciddi riayət etmək (əlləri sabun və su, spirt əsaslı əl dezinfeksiyaedici vasitə və ya xlor məhlulu ilə yumaq)

  • Orqanizmin bioloji mayeləri ilə təmasdan qorunmaq

  • Yoluxmuş insan orqanizminin bioloji mayeləri ilə təmasda olmuş əşyalara toxunmamaq (geyimlər, tibbi avadanlıq, iynələr)

  • Təsdiqlənmiş və ya şübhəli Ebola virusu infeksiyasından vəfat etmiş şəxsin cəsədinə toxunmağı tələb edən dəfn mərasimlərindən çəkinmək

  • İnsana bənzəməyən primatlar və yarasalar, eləcə də bu heyvanların bioloji mayeləri və ya çiy əti ilə təmasdan çəkinmək

  • Qərbi Afrikada yoluxmuş xəstələrin müalicə aldıqları xəstəxanalara getməmək (orda işləməyə getmək halı istisna olmaqla)

  • Geri qayıdan səyahətçilərin (tibb işçiləri daxil olmaqla) müşahidə olunması üzrə yerli qaydalara riayət və 21 gün ərzində sağlamlıqlarına nəzarət etmək və simptomlar, xüsusilə qızdırma inkişaf edərsə, tibbi yardım üçün müraciət etmək.

Yoluxmuş xəstələrlə kontakta məruz qala biləcək tibb işçiləri aşağıdakılara əməl etməlidir:

World Health Organization (WHO): aide-memoire for infection prevention and control in a health care facility external link opens in a new window

Centers for Disease Control and Prevention (CDC): infection control for viral haemorrhagic fevers in the African health care setting external link opens in a new window

İlkin skrininqə əsasən infeksiyaya şübhə olduqda, hər hansı kliniki müayinədən əvvəl dərhal izolyasiya təmin edilməlidir. Xəstə tədqiq olunarkən digər xəstələr və tibb işçiləri ilə təmasda olmağı azaltmaq vacibdir. Xəstənin test nəticəsi mənfi olana kimi izolyasiya tədbirləri davam etdirilməlidir.[69]

Yoluxmuş xəstələrə qulluq edən tibb işçilərinin qarşılaşdığı ən yüksək risk xəstəyə qulluq zamanı öz üzləri və ya üzü qoruyan vasitənin altından boğazlarına toxunmaqları və şəxsi mühafisə vasitələrini (ŞMV) çıxarmaqlarından ibarətdir. Tibb işçiləri ŞMV-dən istifadə edərkən aşağıdakı sadə prinsipləri yadda saxlamalıdırlar:[69]

  • Geyim: Xəstəyə qulluq olunmalı əraziyə daxil olmamışdan əvvəl ŞMV-lər müvafiq ardıcıllıqda düzgün şəkildə geyinilməlidir. Xəstəyə qulluq olunan ərazidə olarkən ŞMV-də dəyişiklik etmək mümkün olmadığından, əraziyə daxil olmamışdan əvvəl onların mümkün qədər rahat şəkildə olması təmin edilməlidir. Heç bir dəri səthi açıq qalmamalıdır. Geyinmə qaydalarına təcrübəli müşahidəçi birbaşa olaraq nəzarət etməli və xəstəyə qulluq olunmalı əraziyə daxil olmazdan əvvəl sonuncu yoxlanış aparılmalıdır.

  • Xəstəyə tibbi qulluq zamanı: Potensial olaraq kontaminasiyalı ərazilərdə keçiriləcək vaxta müvafiq olaraq ŞMV yerində olmalı və düzgün şəkildə istifadə olunmalıdır. Xəstəyə qulluq zamanı ŞMV-də heç bir dəyişiklik edilməməlidir. Tibb işçiləri xüsusilə orqanizmin bioloji mayelərinə toxunduqdan sonra əlcəkli əllərini spirt əsaslı əl dezinfeksiyaedici vasitə və ya xlor məhlulu ilə tez-tez dezinfeksiya etməlidirlər. Xəstəyə qulluq zamanı ŞMV-də qismən və ya tam pozulma (əlcəklər geyimin qol hissəsindən ayrılmaqla dərini açıqda qoyarsa, xarici əlcəkdə cırıq əmələ gələrsə, iynə batarsa) müşahidə edilərsə, tibb işçisi dərhal soyunma ərazisinə keçməli, xətanı qiymətləndirməli və göstəriş olduqda, buna dair müvafiq addımlar atmalıdır. Yüksək riskli təmas zamanı (iynə ilə zədələnmə və selikli qişaya sıçrama) dərhal atılması vacib olan fövqəladə addımlar bütün tibb işçilərinə aydın olmalıdır. Təhlükəsiz şəkildə soyunduqdan sonra riskin cəld qiymətləndirilməsi və yoluxmadan sonrakı profilaktika (YSP) məsələləri nəzərdən keçirilməlidir.[70]

  • Soyunma: Müdafiəni təmin etmək məqsədilə istifadə edilmiş ŞMV-lərin çıxarılması strukturlu prosedur, təlim keçmiş personal və xüsusi ayrılmış ərazi tələb edən yüksək riskli prosesdir. Hər hansı özünü-kontaminasiya və ya digər yoluxmanın qarşısını almaq məqsədilə ŞMV-lər aşağı sürətlə və düzgün ardıcıllıqla çıxarılmalıdır. Təlimlər və gündəlik təcrübə zamanı adımbaaddım proses inkişaf etdirilməlidir.

com.bmj.content.model.Caption@2af48812[Figure caption and citation for the preceding image starts]: Syerra-Leonedəki Ebola müalicə mərkəzində çalışan fərdi mühafizə geyimində olan tibb işçisi, 2014-cü ilChris Lane-nın (İngiltərə İctimai Səhiyyə Təşkilatı/Ümumdünya Səhiyyə Təşkilatı) şəxsi kolleksiyasından götürülmüşdür; icazə ilə istifadə edilmişdir [Citation ends].

Xəstəyə qulluq ərazisində, həmçinin, geyinmə-soyunma otağında təhlükəsizlik təcrübəsini təmin etmək üçün "həmsöhbət" və eyni zamanda, müstəqil müşahidəçilərlə bağlı təlimatlar yenidən qiymətləndirilməlidir. Centers for Disease Control and Prevention (CDC): the buddy system external link opens in a new window

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) FMV üzrə ətraflı təlimat tərtib etmişdir:

Peyvəndlər:

  • İnsanlarda istifadə üçün heç bir peyvəndə lisenziya verilməmişdir.[71]Hazırlanmaqda olan peyvəndlərlə əlaqəli təfərrüatlar üçün "Yeni imkanlar" bölməsinə nəzər salın.

World Health Organization (WHO): Ebola: infection prevention and control external link opens in a new window

Centers for Disease Control and Prevention (CDC): Ebola prevention external link opens in a new window

İkincili profilaktika

Ebola virusu infeksiyası haqqında təcili bildiriş verilməli xəstəlikdir.

İnfeksiyaya şübhə olduqda, xəstə izolyatora yerləşdirilməli və xəstə ilə təmasda olan bütün tibb işçiləri şəxsi mühafizə vasitələrindən istifadə etməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (XNPM) ŞMV üzrə ətraflı təlimat təqdim edir:

Təmasda olan şəxslərin müəyyənləşdirilməsi (ailə, dostlar, iş yoldaşları) mühüm əhəmiyyətə malikdir. Son 21 gün ərzində Ebola virusunun təsirinə məruz qalmış və ya asimptomatik xəstələrin dərhal izolyasiyadan sonra qeyd edilən simptomların sürətli aşkarlanmasını təmin etmək məqsədilə inkubasiya dövrünə görə nəzarət olunmalıdır. ÜST təmasda olan şəxslərlə davranış üzrə təlimatlar dərc etmişdir:

Yoluxduğu şübhələnilən tibb işçiləri təcrid edilməli və mənfi diaqnoz nəticəsi təsdiqlənənə kimi hər hansı digər xəstə ilə eyni qaydada müalicə olunmalıdırlar.[132] Şübhəli infeksiyaya malik xəstənin bioloji mayeləri ilə təmas baş vermişdirsə, şəxs məruz qalmış dəri səthlərini dərhal sabun və su ilə, selikli qişaları bol miqdarda su ilə yumalıdır.

Təhlükəsiz şəkildə basdırılma təcrübəsi mühümdür, amma həmişə mədəniyyət baxımından qəbul edilmir və bu, problem olaraq qalmaqda davam edir.[66]

World Health Organization (WHO): how to conduct safe and dignified burial of a patient who has died from suspected or confirmed Ebola virus disease external link opens in a new window

Yoluxmadan sonrakı profilaktika (YSP):

  • Bu, sürətlə dəyişən sahədir.[207] Məruz qalma riskinə mərhələli yanaşmanı tətbiq edən faydalı baza təklif edilmişdir.

  • ŞMV-lər yüksək risk altında olan xəstələr (yəni, dəri çatları və ya selikli qişanın membranı yoluxmuş xəstə (sağ və ya ölmüş) və ya xəstənin orqanizminin bioloji mayeləri ilə təmas edən, bədənə daxil olan kəskin alətlərlə yaralanan və ya yoluxmuş əlcəklər və ya geyimlə təmasda olan xəstələr üçün tövsiyə olunur. Bu həm də yoluxmuş xəstə ilə (ölmüş və ya sağ) və ya orqanizminin bioloji mayeləri ilə yalnız zədələnməmiş dəri vasitəsilə təmasda olan xəstələr üçün nəzərdə tutula bilər. Nəzərdən keçirilməli olan seçimlərə xəstə üçün səciyyəvi şərtlərdən asılı olaraq, monoklonal anticisimlərlə (yəni, ZMapp, MIL77) passiv immun terapiyası, virus əleyhinə preparatlar (məs., favipiravir, remdesivir, BCX4430) və ya peyvənd (məs., rVSV-ZEBOV) daxildir.[208]

  • Bu müdaxilələrə əlavə olaraq, təhlükəli patogenlərin təsirinə məruz qalmış tibb işçilərinə psixoloji dəstək göstərilməlidir.[209]

World Health Organization (WHO): Ebola: infection prevention and control external link opens in a new window

Centers for Disease Control and Prevention (CDC): Ebola prevention external link opens in a new window

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.