Anamnez və fiziki müayinə

Əsas diaqnostik faktorlar

Əsas risk faktorlarına daxildir: son 21 gündə endemik ərazidə yaşamaq və ya işləmək və həmin ərazidən geri qayıtmaq; yoluxmuş bədən mayeləri ilə təmas; peşə fəaliyyəti ilə bağlı yoluxma; və ya yoluxmuş (və ya potensial olaraq yoluxmuş) heyvanların ətinin kəsilməsi/istehlakı.

Yoluxmuş xəstələrin bədən mayeləri (tər, qan, nəcis, qusuntu, ağız suyu, cinsiyyət orqanları ifrazatları [sperma daxil olmaqla] və ana südü) ilə təmas vasitəsilə insandan insana ötürülmə baş verir.[35][40] Virus səviyyələri bu mayelərdə əsasən daha ağır və ya irəliləmiş infeksiyada yüksəkdir. Yoluxmadan sonra inkubasiya dövrü 2-21 gün təşkil edir (adətən, 3-12 gün).[2]İnkubasiya dövrü uşaqlarda daha qısa ola bilər.[3]

Müvafiq mühafizə vasitələri olmadan yoluxmuş xəstənin fizioloji mayeləri ilə təmasda olan, yoluxmuş xəstələr ilə təmasda olan şəxslər (tibb işçiləri və məişətdaxili təmasda olan şəxslər) infeksiyaya görə risk altındadırlar. Aktiv ishal, qusma və ya qanaxma mövcud olarsa, yoluxmuş xəstələrin təmasda olduğu məişətdaxili şəxslər infeksiyaya görə yüksək risk altındadır.[35]

Bədən mayeləri hətta ölümdən sonra yoluxucu olaraq qalır. Nəticədə, bir çox infeksiya hadisələri Afrikada yasa gələn adamların ölmüş insanların cəsədlərinə toxunduğu ənənəvi dəfn xidmətlərində baş vermişdir. İctimaiyyətdə insanların geniş şəkildə yayıldığı hallar da şərait yaradan faktor kimi getdikcə artaraq tanınır: 2015-ci ildə Sierra Leonda ənənəvi müalicə ilə məşğul olan təbibin dəfni 300 xəstəlik hadisəsi ilə əlaqələndirilmişdir.[38] Bir tədqiqatda aşkar edilmişdir ki, 2014-cü il alovlanmasında superdaşıyıcılar yoluxma hallarının təxminən 61%-nə səbəb olmuşdur.[39]

Endemik ərazilərə səyahət edən insanların infeksiyanın yüksək riski altında olduqları hesab edilir. Aktiv epidemiyaların coğrafi məkanlarına dair müasir bilik xəstənin epidemioloji riskinə aydınlıq gətirməyə kömək edir.

Xəstələrin təxminən 90%-də təzahür olunan simptom və müvəqqəti azalma nümunəsi ilə adətən >39.0°C təşkil edir.[18][85] Bəzi xəstələrdə ilkin olaraq heç bir digər simptom olmadan aşağı dərəcəli qızdırma müşahidə edilə bilər və ya ilkin qiymətləndirmədə hərarət alternativ olaraq normala yaxın ola bilər.[87]

Qızdırmaya görə temperatur həddləri ölkələr və rəhbər qaydalar arasında dəyişir və aşağı temperatur həddindən (yəni, ≥37,5°C) istifadə olunması xəstəlik hadisələrinin aşkarlanmasının həssaslığını artırır.[85][88]Ümumdünya Səhiyyə Təşkilatı >38°C həddindən istifadə edir.[89]Lakin Sierra Leonda aparılmış geniş bir tədqiqatda xəstələrin 30%-dən azı ≥38°C hərarətə malik olmuşdur, baxmayaraq ki, qızdırma anamnezi xəstələrin 89%-də qeyd edilmişdir.[22]Sierra Leonda aparılmış digər bir tədqiqat zamanı uşaqların 25%-də hərarət anamnezi və ya qəbul zamanı ≥38°C hərarət aşkar edilməmişdir.[84]

2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 87-89%-də qeydə alınmışdır.[18][22]

Mövcudluğu müvafiq epidemioloji kontekstdə infeksiyaya görə narahatlığın artması üçün kifayət edir.

Xüsusilə uşaqlarda bədən temperaturunda geniş dəyişikliklər müşahidə edilə bilər.[84][86]Xəstələr, adətən, ölümlə nəticələnən infeksiyanın sonuncu mərhələlərində normotermik və ya hipotermik olur.[16][17][81]

İnfeksiyanın çox rast gələn xüsusiyyətidir, əvvəlki alovlanmar zamanı xəstələrin 80%-də mövcud olmuşdur.[9][17]

2014-cü il alovlanmasında xəstələrin 22-38%-də qeyd edilmişdir. Kreatinkinazanın artması çox rast gəlir (36-83%).[18][19][75][78][79]

Artralgiya ilə müşayiət oluna və rekonvalessensiya dövründə davamlı ola bilər.

Bəzi alovlanmalar zamanı laborator təsdiqlənmiş xəstəlik hadisələrinin təxminən 40%-də infeksiyanın erkən əlamətidir.[17][81][106]

Digər diaqnostik faktorlar

Şiddətli yorğunluq və letargiya əvvəlki alovlanmalar zamanı xəstəlik hadisələrinin 90%-də rast gələn xüsusiyyətdir.[17][81]

2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 76%-də qeydə alınmışdır.[18]

İnfeksiyanın çox rast gələn xüsusiyyətidir, əvvəlki alovlanmalarda xəstələrin 88%-də mövcud olmuşdur.[17]

2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 65%-də qeydə alınmışdır.[18]

Qanlı ola bilər.

İnkişaf etməkdə olan ölkələrdə profuz ishal zamanı vəba ocaqları nəzərdən keçirilməlidir.com.bmj.content.model.Caption@62b8c344[Figure caption and citation for the preceding image starts]: Qərbi Afrikada Ebola müalicə mərkəzində profuz ishal müşahidə edilən xəstələrə nəzarət etmək məqsədilə döşəyin mərkəz hissəsində deşik olan vəba yataqları, 2014-cü ilKetrin F. Houlihanın, Elmlər Magistri, MB ChB, MRCP, DTMH şəxsi kolleksiyasından; icazə ilə istifadə edilmişdir [Citation ends].

İnfeksiyanın çox rast gələn xüsusiyyətidir, əvvəlki alovlanma zamanı xəstələrin 65-70%-də mövcud olmuşdur.[9][17]

Qusma 2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 67%-də qeydə alınmışdır.[18]

Qusuntu qanlı ola bilər.

Erkən infeksiyanın qeyri-spesifik xüsusiyyətidir, əvvəlki alovlanmalarda xəstələrin 10-70%-də mövcud olmuşdur.[17][81]

2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 53%-də qeydə alınmışdır.[18]

Meningizm nadir hallarda müşahidə edilmişdir.

2014-cü il alovlanmasında xəstələrin 44%-də qeydə alınmışdır[18]

Qıcqırma hissini aşağı ön sinədə ağrı və ya disfagiyadan fərqləndirmək çətin ola bilər. Disfagiya və yanmaya ezofagitin səbəb olduğu ehtimal edilir.

2014-cü ildə baş vermiş alovlanma zamanı döş qəfəsində ağrı və öskürək müvafiq olaraq, xəstələrin 10% və 7%-də qeyd edilmiş,[19] lakin ağciyələrin birbaşa cəlb olunması yalnız nadir hallarda qeydə alınmışdır.[77]

2014-cü il alovlanmasında xəstələrin 20-23%-də nəfəsalma çətinlikləri qeydə alınmışdır.[18][19]

Tənəffüs simptomları böyüklər ilə müqayisədə, uşaqlarda daha çox rast gəlməyə meyllidir; halbuki, məlumatlar məhduddur.[81][82]2014-cü ildə baş vermiş alovlanma zamanı uşaqların 14%-də nəfəsalma çətinliyi qeydə alınmışdır.[84]

Faringit qeyri-spesifik xüsusiyyətdir, əvvəlki alovlanmalar zamanı xəstələrin 10-58%-də olmuşdur.[17][81]

2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 9%-də qeydə alınmışdır.[19]

Disfagiyaya səbəb ola bilər, 2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 26-32%-də qeydə alınmışdır.[18][19]

Güclü halsızlıq 2014-cü il alovlanmasında xəstələrin 73%-də qeyd edilən səciyyəvi əlamət olmuşdur.[79]

Əvvəlki alovlanma zamanı ölümlə nəticələnən infeksiyaların 31%-də mövcud olmuşdur və sağ qalanlarda qeydə alınmamışdır.[16][17]

2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 5%-də qeydə alınmışdır.[79]

Uremiya və ya hipoperfuziya səbəbindən metabolik asidozu əks etdirir.

Əvvəlki alovlanmalar zamanı xəstələrin təxminən 25-52%-də xəstəliyin erkən dövründə inkişaf etmişdir.[16]

2014-cü ildə baş vermiş alovlanma zamanı xəstələrin 1-5%-də qeydə alınmışdır.[18][19][79]

Adətən qaşınmasız, eritematoz və makulo-papulyoz kimi təsvir olunur. Ocağa yaxın olaraq baş verə bilər, daha sonra diffuz, ümumiləşmiş və axıcı ola bilər. Bəziləri bunu qızılcaya bənzər kimi təsvir etmişdir. Koaqulopatiya müşahidə edilən infesiyalı xəstələrdə daha sonra tünd qırmızı və ya petexial ola bilər.[23]

Tünd rəngli dəriyə malik xəstələrdə ayırd edilməsi çətin ola bilər.

Mövcudluğu irəliləmiş infeksiyanı və yayılmış damardaxili laxtalanmanın olmasını bildirir.

Əvvəlki alovlanmalarda yoluxmuş xəstələrin 30-36%-də qanaxma ağırlaşmaları (burun qanaxması, damaqların qanaması, qanhayxırma, asan qançırlanma, konyunktival qanaxma, hematuriya, inyeksiya və ya venepunksiya nahiyələrindən qansızma) qeyd edilmişdir,[11][16][17] lakin 2014-cü il alovlanmasında bu ağırlaşmalar xəstələrin yalnız 5-18%-də qeyd edilmişdir.[18][19][20][21][22]

Massiv qanaxma, adətən, yalnız ölümlə nəticələnən xəstəlik hadisələrində müşahidə edilir və bir qayda olaraq, mədə-bağırsaq traktında baş verir (məs.,qanlı ishal, melena).[16] Əvvəlki alovlanmada melena ölümlə nəticələnən infeksiyaların 8%-də və sağ qalanların 16%-də qeyd edilmişdir.[17]

Heç bir xarici əlamət olmazsa, daxili qanaxma nəzərdən qaçırıla bilər.

Qanaxma təzahürləri uşaqlarda daha az rast gəlir.[83]

Əvvəlki alovlanmada döş qəfəsinin altında palpasiya olunan qaraciyərin kənar hissəsi ilə həssas hepatomeqaliya ölümlə nəticələnən infeksiyaların 2%-də və sağ qalanların 8%-də qeyd edilmişdir.[17]

Genişlənmiş limfa düyünləri qeyd edilmişdir.[16]

İrəliləmiş infeksiya və xoşagəlməz proqnoz əlamətidir, bir qayda olaraq ölümlə nəticələnən infeksiyaların son 2-3 günündə müşahidə edilir.[16]

Uremiya, hipokaliemiya, hiponatriemiya, hipokalsiemiya və ya hipokarbiyaya görə metabolik asidozun tənəffüs dəyişikliyi səbəbindən baş verə bilər.

Əvvəlki alovlanmada hıçqırtılar ölümcül infeksiyaların 17%-də və sağ qalanların 5%-də mövcud olmuşdur.[17]

2014-cü il alovlanmasında xəstələrin 11%-də qeydə alınmışdır.[18][79]

Uşaqlarda daha az rast gəlir.[83][84]

Ölümlə nəticələnən infeksiyaların gecikmiş mərhələlərində müşahidə edilə bilər.[16]

Preterminal xəstəlik və şokun əlamətidir. Bu, endemik ərazilərdə sahə tədqiqatları zamanı ölçünün aparılması üçün avadanlıq çatışmazlığı səbəbindən zəif sənədləşdirilmişdir.[16]

Lakin damar sızması və mikrosirkulyasiya çatışmazlığı ilə septiki şok üstün xüsusiyyət deyil.

Oriyentasiyanın itməsi 2014-cü il alovlanmasında xəstələrin 19%-də qeyd edilmişdir. Əvvəlki alovlanmalar ilə müqayisədə, daha çox rast gəlir və ölümün göstəricisi olmuşdur.[86][84][79]Sayıqlama uşaqlarda çoxfaktorlu ola və xoşagəlməz proqnozla əlaqəli ola bilər.[84][86]

Maye reanimasiyasını təhlükəli etməklə, adətən, qanaxma və hipotoniya ilə yanaşı mövcud olur.

Ensefalopatiyanın terminal infeksiyada elektrolit balansının pozulması, uremiya və serebral hipoperfuziya ilə əlaqəli olduğu ehtimal edilir.

Qıcolmalar əvvəlki alovlanma zamanı ölümlə nəticələnən infeksiyaların 2%-də qeydə alınmışdır.[17]

Risk faktorları

Endemik ərazilərdə (Qərbi Afrika, Konqo Demokratik Respublikası) yaşayan və ya işləyən insanlar infeksiyanın yüksək riski altındadır. Baxmayaraq ki, endemik ərazilərdən son günlərdə geri qayıtma da mühüm risk faktorudur. İnkişaf etmiş ölkələrdə şübhəli infeksiya müşahidə edilən bir çox xəstələr səyahətçilər və alovlanmalar zamanı xəstələrə qulluq göstərən tibb işçilərindən ibarət olur.

Aktiv epidemiyaların coğrafi məkanlarına dair müasir bilik xəstənin epidemioloji riskinə aydınlıq gətirməyə kömək edir.

Yoluxmuş xəstələrin bədən mayeləri (tər, qan, nəcis, qusuntu, ağız suyu, cinsiyyət orqanları ifrazatları [sperma daxil olmaqla] və ana südü) ilə təmas vasitəsilə insandan insana ötürülmə baş verir.[35][40] Virus səviyyələri bu mayelərdə əsasən daha ağır və ya irəliləmiş infeksiyada yüksəkdir. Yoluxmadan sonra inkubasiya dövrü 2-21 gün təşkil edir (adətən, 3-12 gün).[2]İnkubasiya dövrü uşaqlarda daha qısa ola bilər.[3]

Müvafiq mühafizə vasitələri olmadan yoluxmuş xəstənin fizioloji mayeləri ilə təmasda olan, yoluxmuş xəstələr ilə təmasda olan şəxslər (tibb işçiləri və məişətdaxili təmasda olan şəxslər) infeksiyaya görə risk altındadırlar. Aktiv ishal, qusma və ya qanaxma mövcud olarsa, yoluxmuş xəstələrin təmasda olduğu məişətdaxili şəxslər infeksiyaya görə yüksək risk altındadır.[35]

Orqanizmin bioloji mayeləri hətta ölümdən sonra belə, yoluxucu olaraq qalır. Nəticədə, bir çox xəstəlik hadisələri Afrikada ənənəvi dəfn mərasimlərində xəstəlikdən ölmüş insanların cəsədlərinə toxunan insanlar arasında baş verir.[66] İctimaiyyətdə insanların geniş şəkildə yayıldığı hallar da şərait yaradan faktor kimi getdikcə artaraq tanınır: 2015-ci ildə Sierra Leonda ənənəvi müalicə ilə məşğul olan təbibin dəfni 300 xəstəlik hadisəsi ilə əlaqələndirilmişdir.[38] Bir tədqiqatda aşkar edilmişdir ki, 2014-cü il alovlanmasında superdaşıyıcılar yoluxma hallarının təxminən 61%-nə səbəb olmuşdur.[39]

Fəal infeksiya zamanı cinsi yolla ötürülmə sənədləşdirilmişdir. Virus infeksiyadan sağaldıqdan sonra 12 aydan çox müddət ərzində hələ də spermada aşkar edilə bilər, ehtimal edilir ki, bu, xaya toxumasının immunoloji cəhətdən qorunan nahiyə olması ilə bağlıdır.[43] Bu, o deməkdir ki, infeksiyadan sağaldıqdan uzun müddət sonra da cinsi yolla yoluxma mümkündür[40][41][42][44][45] və belə hallar xəstəliyin 2014-cü il alovlanması zamanı və ondan sonra təsdiqlənmişdir.[46][47][48]

Yoluxmuş xəstələr ilə təmasda olan tibb işçiləri yüksək risk altındadır və bir çox epidemiyalar səhiyyə peşəkarları arasında baş vermiş çoxsaylı infeksiyaların nəticəsidir.

Yoluxmuş donordan iynə ilə zədələnmə inokulyat və zədənin təbiətindən asılı olaraq, çox yüksək riskli yoluxmanı təşkil edir. Qeyri-steril iynələrdən istifadə 1976-cı ildə ilk epidemiyanın xəstəxanadaxili yayılmasının səbəbi olmuşdur.[24] Birləşmiş Krallıq, Rusiya və Almaniyada tədqiqat laboratoriyalarında iynə ilə təsadüfi zədələnmələr qeyd edilmişdir. Bu cür hallarda inkubasiya dövrü, insandan insana ötürülmə ilə müqayisədə, nəzərəçarpan dərəcədə daha qısa ola bilər.[10][17][41]

Yüksək riskli digər peşələrə insanların endemik ərazilərdən olan primat və ya yarasalar və ya yüksək riskli kliniki nümunələr ilə çalışdıqları iş yerləri daxildir.

Sporadik epidemiyalarda bu ötürülmə yolunun heyvandan insana xəstəliyin ötürülməsinə səbəb olması ehtimal edilir.[67]

Yüksək ölüm göstəricisi və insandan insana ötürülmənin asan olması səbəbi ilə Ebola virusu uzun müddət potensial bioterrorizm silahı hesab edilirdi. Lakin potensialına baxmayaraq, Ebola virusunun silah kimi istifadə edilməsinə dair heç bir dəlil yoxdur.[68]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.