Epidemiologiya

Ebola virusu infeksiyasının ilk xəstəlik hadisələri Zairdə (indi Konqo Demokratik Respublikası kimi tanınır) 1976-cı ildə qeyd edilmişdir. 318 xəstəlik hadisəsi və 280 ölüm hadisəsi baş vermiş və ölüm göstəricisi 88% təşkil etmişdir.[24] Bu alovlanmada ötürülmənin Yambuku Missiya Xəstəxanasında ambulator klinikada kontaminasiya olunmuş iynələrin istifadəsinə görə baş verdiyi tədqiq edilmişdir. O vaxtdan bəri Mərkəzi və Qərbi Afrikada tez-tez alovlanmalar baş vermişdir.[25]

Alovlanmalara səbəb olan ən çox rast gələn Ebola virusunu Zair ebolavirusu təşkil edir, ikinci ən çox rast gələn növ Sudan ebolavirusudur.

Zair ebolavirusu 2014-cü ildə Qərbi Afrikada başlamış alovlanmanın səbəbini təşkil etmişdir. İlk dəfə 2014-cü ilin mart ayında qeyd edilmişdir və bu, virusun ilk dəfə 1976-cı ildə aşkar edilməsindən sonra ən böyük alovlanma olmuşdur. Genetik sekvenasiya göstərmişdir ki, 2014-cü il alovlanmasında yoluxmuş xəstələrdən ayırd edilmiş virus 1976-cı ildə ilk dəfə əmələ gəlmiş virus ilə 97% oxşarlıq təşkil edir.[26] Bu alovlanmada 28 000-dən (təsdiqlənmiş, ehtimal edilən və şübhəli) çox xəstəlik hadisəsi qeyd edilmişdir ki, onlardan ölüm hallarının sayı 11 000-dən çox təşkil edir.

2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında xəstəliyin yeni aovlanması haqqında məlumat verilmişdir. 2019-cu ilin 12 fevral məlumatlarına əsasən, 823 xəstəlik hadisəsi (762 təsdiqlənmiş, 61 ehtimal olunan), o cümlədən, 517 ölüm hadisəsi KDR-in Şimali Kivu və İturi əyalətlərində qeyd edilmişdir.[27] Bu hal KDR-in Equateur əyalətindəki (Bikoro, İboko və Vanqata regionları) əvvəlki alovlanmadan qısa müddət sonra meydana gəlmiş və 54 xəstəlik hadisəsi və 33 ölüm halı ilə nəticələnmişdir (xəstəlikdən ölüm göstəricisi 61% olmuşdur). Təsdiq olunmuşdur ki, bu son alovlanma yalnız Equateur əyalətindəki alovlanma ilə deyil, həm də Zair ebolavirusu ilə də əlaqəli olmuşdur. Ən son alovlanma hal-hazırda KDR-də baş vermiş onuncu alovlanmadır.

Zair ebolavirusunun əvvəlki alovlanmalarda 90%-ə qədər xəstəlikdən ölüm göstəricisinə malik olduğu qeyd edilmişdir.[6] Müxtəlif Ebola müalicə mərkəzləri və alovlanmaları arasında ölüm göstəricilərinin birbaşa müqayisəsi ehtiyatla şərh olunmalıdır, belə ki, müxtəlif dəyişənlər sistematik xətanı təqdim edə və hətta daha böyük koqorta məlumatlarını təhrif edə bilər. Xəstəliyin 2014-cü il alovlanması zamanı ölüm göstəricisi hospitalizasiya hallarının 64,3%-ni təşkil edirdi və[18] Qərbi Afrikadakı bəzi müalicə mərkəzlərində 31,5%-ə[28] və Qərbi Afrikadan kənarda müalicə olunan xəstələr arasında təqribən 20%-ə qədər düşmüşdür.[29]

Bundan fərqli olaraq, əvvəlki alovlanmalarda Sudan ebolavirusu 53-65% olmaqla, daha aşağı ölüm göstəricisinə malik olmuşdur və ən böyük alovlanma (425 xəstəlik hadisəsi) Uqandada 2000-ci ildə baş vermişdir.[6] Yalnız 1 Bundibugyo ebolavirusu alovlanması baş vermişdir: Uqandanın qərbində 2007-ci ildə bu alovlanma 25% ölüm göstəcisi nümayiş etmişdir.[9]

Hər hansı bir ölkədə 42 gün ərzində yeni xəstəlik hadisəsi qeyd edilməzsə (maksimum inkubasiya dövründən iki dəfə artıq), ÜST alovlanmanın başa çatdığını elan edir, bir şərtlə ki, fəal müşahidə aşkar şəkildə tətbiq olunsun və yaxşı diaqnostik potensiala malik olsun.[30]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.