Ağırlaşmalar

Ağırlaşmalar table
AğırlaşmaVaxt həddiEhtimal

kəskin böyrək zədələnməsi

QısamüddətliYüksək

Ağır xəstəlikdə daha çox rast gəlir. İlkin olaraq dehidratasiya səbəb ola bilər, amma sonrakı mərhələlərdə yayılmış damardaxili laxtalanma və ya Ebola virusunun böyrəklərə birbaşa təsirinin nəticəsi ola bilər.[16][60][75] Diurez və qanın biokimyəvi göstəricilərinə nəzarət etməklə erkən aşkarlanma təcili tədbirin yerinə yetirilməsinə şərait yaradır.

sepsis/septiki şok

QısamüddətliYüksək

Ebola virusu infeksiyasında etiologiya hələ tam aydın deyildir. Bir çox faktorlar şərait yarada bilər, eləcə də: bakteriyanın bağırsağa translokasiyası ilə mümkün olan bakterial sepsis, virusun birbaşa təsiri; yayılmış damardaxili laxtalanma və ya qansızma.[60] Nəzarət bakterial sepsisdə olduğu kimi eyni prinsiplərə riayət edilməklə aparılır.[133]

disseminə olunmuş damardaxili laxtalanma

QısamüddətliYüksək

Xəstə üçün əvvəlcədən qanaxma ağırlaşmalarına görə şərait yaradır. Massiv qanaxma az hallarda baş verir, amma adətən, ölümlə nəticələnən irəliləmiş infeksiyanın təzahürüdür. Yerli protokollara əsasən, mümkün olduqda kliniki və laboratoriya (mümküdürsə) göstəricilərinə (məsələn, hemoqlobin, hematokrit, BNN) əsaslanan təzə xalis qan və ya trombosit və ya plazma transfuziyası təyin edilməlidir.[132][134]

uşaqsalma/ana ölümü

QısamüddətliYüksək

Hamilə qadınlar yüksək uşaqsalma insidentliyinə malikdir və bu qadınlarda infeksiya, adətən, ölümcüldür.[21][141][142][143]

sağalmanın gec ağırlaşmaları

DəyişənAşağı

Sağ qalan xəstələrdə, adətən, ümumi zəiflik, çəkinin itirilməsi və hərəkət edən artralgiya ilə xarakterizə olunan uzunmüddətli sağalma müşahidə olunur. Dərinin qabıq verməsi və müvəqqəti saç tökülməsi də tez-tez baş verir.

Rekovalessensiya zamanı gec ağırlaşmalar az hallarda baş verir, lakin orxit, miyelit, parotit, pankreatit, hepatit, psixoz və eşitmənin itməsi/qulaqda səsin olmasından ibarət ola bilər.[17] Sağ qalanlar göz damarlarının iltihabı (ön, arxa və ya panuveit) riski altında ola bilərlər ki, bu da ikincili struktur ağırlaşmalarına, görmənin zəifləməsinə və ya korluğa səbəb ola bilər.[196] Retrospektiv, nəzarətsiz, müxtəlif qrupları əhatə edən tədqiqat işlərindən birində aşkar edilmişdir ki, sağ qalanların təqribən 28%-i Ebola ilə əlaqəli göz damarlarının iltihabına və 3%-i Ebola ilə əlaqəli optik neyropatiyaya məruz qalmışdır. Göz damarlarının iltihabından əziyyət çəkən xəstələrin 38,5%-i kor olmuşdur.[197] Sağ qalanların birində infeksiyanın başlamasından 14 həftə sonra və qandan virusun təmizlənməsindən 9 həftə sonra həyat qabiliyyətli Ebola virusunun aşkarlanması ilə kəskin uveit müşahidə edilmişdir.[198] Həmçinin, optik sinir aksonlarının anatomik paylanmasından sonra birtərəfli ağ katarakta və retinal yeni yaraların meydana gəlməsi qeydə alınmışdır.[200]

Bir mühacir tibb işçisi 2015-ci ildə ağır ilkin Ebola virusu xəstəliyindən sağaldıqdan 9 ay sonra Ebola virusu meninqoensefaliti ilə (OBM və ya zərdabın ƏT-PZR müayinəsi Ebola virusuna görə müsbət olmuşdur) qeydə alınmışdır. Ümumi genom sırası müraciət zamanı qanda aşkar olunan ilkin virusun 10-cu ayda OBM-də aşkar olunan virusla müqayisəsi ilə aparılmışdır və kodlama regionlarında fərq aşkar edilməmişdir. Bu tədqiqatın müəllifləri belə nəticəyə gəlmişdir ki, onlar virusun latent qalıb-qalmadığı və təkrar aktivləşməsini ayırd edə bilməmişlər, lakin sekvenasiya ilə təsdiqləmişlər ki, immun sistemdən şıxış variantı baş verməmişdir.[201]Sonradan meydana gələn ensefalit və poliartrit halları da qeydə alınmışdır.[202]

Bu ağırlaşmaların etiologiyası aydın deyil, amma immun kompleksi hadisəsi və ya immun sisteminin üstünlük təşkil etdiyi nahiyələrdə Ebola virusunun davamlılığı ilə əlaqəli ola bilər.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.