Etiologiya

Ebola virusu Filoviridae ailəsinə aiddir (Ebolavirus növü; sıra: Mononeqavirales). Bu viruslar dəyişkən uzunluqda olan sapvari strukturlardan ibarətdir.com.bmj.content.model.Caption@466d4a1[Figure caption and citation for the preceding image starts]: Transmissiyalı elektron mikroqrafiya üsulu Ebola virusu virionunun nümayiş etdirdiyi ultrastrukturlu morfologiyanı göstərirXəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri [Citation ends].

Virusun ilkin olaraq yarasalar və insana bənzəməyən primatlar kimi yoluxmuş heyvanların bədən mayeləri və ya toxumasından qazanıldığı ehtimal edilir; baxmayaraq ki, təbii rezervuar və insanlara ötürülmənin yolu təsdiqlənməmişdir.[31] Rezervuarın müvafiqliyinə dair aparılmış laborator test göstərir ki, yoluxmanın baş verməsi yarasalar və gəmiricilərdə mümkündür, lakin bitkilər və ya buğumayaqlılarda mümkün deyil.[32][33][34] Heyvandan insana ötürülmə ov və rezervuar növlərinin və ya yoluxmuş insana bənzəməyən primatların istehlakı zamanı baş verə bilər. Vəhşi heyvaların əti və ya yarasa nəcisi ilə (ağaca qonan 3 növ yarasa rezervuar kimi qeyd edilmişdir) kontaminasiya olunmuş qidanın yeyilməsinə dair yerli xüsusiyyətlərin də şərait yaratdığı ehtimal edilir.

com.bmj.content.model.Caption@7243f485[Figure caption and citation for the preceding image starts]: Enzootik və epizootik dövrləri göstərən Ebolavirus ekologiyasıXəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri [Citation ends].

Yoluxmuş insanın bədən mayeləri ilə təmas vasitəsilə insandan insana ötürülmə baş verir.[35] Erkən epidemiyalarda qeyri-steril iynələrin təkrar istifadəsi zamanı tibb işçiləri ilə əlaqəli bir neçə ötürülmə halları qeyd edilmişdir.[24] Baxmayaraq ki, bu, hələ də risk olaraq qalır, bir çox xəstəlik hadisələri sıx fiziki təmas və ya yoluxmuş xəstənin bədən mayeləri (tər, qan, nəcis, qusuntu, ağız suyu, cinsiyyət orqanları ifrazatları [sperma daxil olmaqla] və ana südü) ilə təmasdan qaynaqlanır.

Qanda virusun səviyyəsi xəstəliyin gedişi zamanı artır və xəstələr xəstəliyin sonrakı mərhələlərində daha yoluxucu olurlar (ishal, qusma və qansızma zamanı).[36] Virusun böyük miqdarı dəridə aşkar edilə bilər və tərdə də virus rast gəldiyinə görə yoluxmuş xəstəyə toxunmaq ötürülmə ilə nəticələnə bilər.[37] İctimaiyyətdə insanların geniş şəkildə yayıldığı hallar da şərait yaradan faktor kimi getdikcə artaraq tanınır: 2015-ci ildə Sierra Leonda ənənəvi müalicə ilə məşğul olan təbibin dəfni 300 xəstəlik hadisəsi ilə əlaqələndirilmişdir.[38] Bir tədqiqatda aşkar edilmişdir ki, 2014-cü il alovlanmasında superdaşıyıcılar yoluxma hallarının təxminən 61%-nə səbəb olmuşdur.[39]

Müxtəlif bədən mayelərində virusun yayılma dərəcəsini müəyyənləşdirmək məqsədilə tədqiqatda Ebola virusu xəstəliyin başlamasından 40 gün sonrayadək ağız suyu, ana südü, nəcis, göz yaşından təcrid edilmişdir.[40][41][42] Virus infeksiyadan sağaldıqdan sonra 12 aydan çox müddət ərzində hələ də spermada aşkar edilə bilər, ehtimal edilir ki, bu, xaya toxumasının immunoloji cəhətdən qorunan nahiyə olması ilə bağlıdır.[43] Bu, o deməkdir ki, infeksiyadan sağaldıqdan uzun müddət sonra da cinsi yolla yoluxma mümkündür[40][41][42][44][45] və belə hallar xəstəliyin 2014-cü il alovlanması zamanı və ondan sonra təsdiqlənmişdir.[46][47][48] Ebola virusu, həmçinin, vaginal mayedə də aşkar edilmişdir.[49] Sidik və tər vasitəsilə virusun yayılması davam edə bilər. Almaniyada sağalmış bir xəstədə virus zərdabda aşkar edilmədikdən 14 gün sonra sidikdə və zərdabda aşkar edilmədikdən 19 gün sonra tərdə aşkar edilmişdir.[37]

İnsana bənzəməyən primatlarda tənəffüs yoluna düşmə vasitəsilə infeksiyanın mümkünlüyü qeyd edilmişdir; lakin insanlarda hava-damcı yolu ilə ötürülməyə dair dəlillər yoxdur.[14][50] Kritik vəziyyətdə aparılan müalicə prosedurları zamanı aerozolların yayılması və güclü qusma (norovirusa yoluxma zamanı olduğu kimi) zamanı virusun opportunist hava-damcı yolu ilə yayılması ehtimalı hələ də nəzərə alınmalıdır.

Endemik ərazilərdən kənarda Ebola virusu infeksiyası nadir hallarda baş verir və adətən, gətirilmə infeksiya kimi qeyd edilir.[51] Yoluxma qeyd edilən ərazilərdən gələn səyahətçilər, eyni zamanda, laboratoriyaların elmi işçiləri və potensial olaraq yoluxmuş materiallar və heyvanlar ilə işləyən digər şəxslər yüksək risk altındadırlar.

Centers for Disease Control and Prevention (CDC): Ebola transmission external link opens in a new window

Patofiziologiya

Ebola virusu infeksiyasının patogenezinin öyrənilməsində əhəmiyyətli inkişaf əldə edilmişdir; baxmayaraq ki, tədqiqatların çoxu insana bənzəməyən primatlar və gəmirici nümunələrində aparılmışdır.[10] Bunun səbəbi bu infeksiyaların təbii olaraq baş verdiyi ərazilərin məhdud imkanlara malik olması şəraitində insanlar üzərində tədqiqat aparılmasının çəinlikləri ilə bağlıdır.

Virus genomu 7 virus genindən ibarət mənfi-işarəli RNT-nin tək 19 kb zəncirindən təşkil olunmuşdur ki, virionda mövcud olan viruslu RNT-dən asılı RNT polimeraza ilə transkripsiya olunur. Tək RNT zənciri spiral şəkilli təşkil olunmuş viruslu nukleo-zülallar NP və VP30 ilə əhatə olunur ki, virionu əhatə edən lipid ikiqatına matrisa zülalları VP24 və VP4 ilə birləşir.[14] 2014-cü il alovlanmasında virusun sürətli mutasiyası baş vermişdir ki, virusun sahibin immun reaksiyalarından yayınmaq və yeni müalicə üsullarının təzyiqi altında inkişaf etmək qabiliyyəti ilə bağlı narahatlıqlar artmışdır.[52][53]

Yoluxmadan sonra inkubasiya dövrü 2-21 gün təşkil edir (adətən, 3-12 gün).[2] Selikli qişa və ya dəridə kəsiklərin yoluxmuş maye ilə təması vasitəsilə toxuma invaziyası baş verir. Bu, heyvandan insana və insandan insana ötürülmədə baş verə bilər. İlkin infeksiyada monositlər, makrofaqlar və dendrit hüceyrələr filovirusların çoxalmasına görə üstünlük təşkil edən nahiyələrdir. Yoluxmuş hüceyrələr regional limfa düyünləri, qaraciyər və dalağa keçir, bununla da, infeksiyanı yayır. Ebola virusu geniş hüceyrə tropizminə malikdir və müxtəlif hüceyrə növlərini yoluxdurmaq potensialına malikdir, lakin geniş sayda virus çoxalması limfoid toxuma, qaraciyər və dalaqda baş verir.[10][14][54] Həmçinin, sahibin immun reaksiyasında cəlb olunan genlərin təzahürünü uyğunlaşdırmaq üçün nəzərəçarpacaq potensiala malikdir ki, limfosit apoptozuna və interferonun qoruyucu təsirlərinin azalmasına səbəb olur.[55][56][57][58][59]

Sahibin immun reaksiyası mühümdür və infeksiyanın nəticəsini müəyyən edir. Xəstəlik spektrinin ağır sonuna irəliləyiş virus iltihab öncəsi sitokinlərin sahibinin təzahürünə səbəb olduqda, baş verir, eyni zamanda bura daxildir: interferonlar; IL-2, IL-6, IL-8 və IL-10 kimi interleykinlər (İL); interferon törədən zülal; və şiş nekroz faktoru (TNF)-alfa.[10][14][60] Öz növbəsində, bu, endotelial fəaliyyətə və damar tamlığının azalmasına, toxuma faktorun buraxılmasına (koaqulopatiyanın başlaması ilə müşayiət olunur) və azot oksidi səviyyələrinin artmasına (hipotoniya ilə müşayiət olunur) səbəb olur.[61] İnfeksiya dolayı apoptoz vasitəsilə limfopeniyaya (belə ki, limfositlərdə virus çoxalmadığından) və qlikoprotein GP vasitəsilə neytrofilin qarşısının alınmasına gətirib çıxarır.[62] Trombositopeniyanın ən çox rast gələn səbəbi zədələnmiş damardan trombositin itməsi və ya daha ümumiləşmiş virusun törətdiyi yayılmış damardaxili laxtalanmadır ki, burada laxtalanma faktorları tükənir.[63] Yayılmış damardaxili laxtalanma kəskin qaraciyər çatışmazlığı ilə birgə xəstəni qanaxma ağırlaşmalarına əvvəlcədən hazırlayır. Ağır xəstəliyin digər ağırlaşmaları kəskin böyrək çatışmazlığı, hepatit və pankreatitdən ibarətdir.[14] Anticisimlərin erkən reaksiyası limfositlərin azalması ilə yanaşı effektiv virus klirensi və sağqalma ilə müşayiət olunur.[64] 2014-cü il alovlanması zamanı Qvineyadakı müalicə mərkəzində istifadə olunmuş axınlı sitometriya göstərmişdir ki, T-hüceyrəsinin disrequlyasiyası (CD4 və CD8 hüceyrələrində CTLA-4 və PD-1 genlərinin daha yüksək ekspressiyası ilə xarakterizə olunur) ölümlə əlaqəli olmuşdur. Bu hal adekvat, lakin nəzarət olunan immun cavabın sağqalma üçün mühüm olduğu erkən fərziyyələri təsdiqləyir.[65]

Şokun inkişafı hələ də tam şəkildə aydın deyil. Bir çox faktorlar şərait yarada bilər, eləcə də: ola bilsin ki, bakteriyanın bağırsağa translokasiyası ilə baş verən bakterial sepsis; virusun birbaşa təsiri; yayılmış damardaxili laxtalanma və ya qansızma.[60]

Təsnifat

Virus taksonomiyası

Virus Filoviridae ailəsinin bir üzvüdür (növ Ebolavirus). Müxtəlif epidemiyalardan, əsasən Afrika ölkələrində olmaqla, beş fərqli Ebola virusu növü ayırd edilmişdir ki, bunlardan yalnız Reston virusu Filippində meydana gəlmişdir.[1] Reston virusunun diqqət çəkici cəhəti ondan ibarətdir ki, heç vaxt insanlarda simptomatik xəstəliyə səbəb olmamışdır. Digər 4 növü müxtəlif ağırlıq dərəcəsinə malik cüzi fərqli kliniki sindromlara səbəb olur və müxtəlif alovlanmalar zamanı ölüm göstəricisinin 25-90% olduğu qeyd edilmişdir (Qərbi Afrikadakı 2014-cü il alovlanmasında müalicə mərkəzlərinin çoxunda orta göstətici təxminən 50% olmuşdur).[2]Zair və Sudan ebolavirusları xüsusilə virulentliyə görə məlumdur; digər növlərin daha az virulent olması hesab edilir. Virusun taksonomiyası inkişaf etməyə davam edir, virusun variantları üçün yeni adlar əmələ gəlməkdədir.[4]

Zair ebolavirusu:

  • Zairin şimal hissəsində (indi Konqo Demokratik Respublikası kimi tanınır) alovlanma zamanı ilk dəfə olaraq, 1976-cı ildə aşkar edilmişdir.[5] 5 növdən ən virulentli olduğu bilinir və bütün növlər arasında ən yüksək ölüm göstəricisinə malikdir.[6] Bu virus 2014-cü ildə Qərbi Afrikada baş vermiş alovlanmanın səbəbidir. 2014-cü ildə Konqo Demokratik Respublikasında Zair ebolavirusunun Qərbi Afrikada dövr edən ştamlardan fərqli olan ştamları tərəfindən tamamilə ayrı məhdud alovlanma baş vermişdir.[7]

Sudan ebolavirusu:

  • Sudanın cənubundakı alovlanma zamanı ilk dəfə olaraq 1976-cı ildə aşkar edilmişdir. Zair ebolavirusu ilə identik sindroma səbəb olur; lakin xəstəlikdən ölüm göstəricisi daha aşağıdır.[6]

Tai Forest ebolavirus (daha əvvəllər Cote d'Ivoire ebolavirusu kimi tanınırdı):

  • Kot d’İvuarda (Fildişi Sahili) Tai Milli Parkında ölü şimpanzedə autopsiya apararkən İsveçrəli tədqiqatçıda olmaqla, 1994-cü ildə yalnız 1 xəstəlik hadisəsi sənədləşdirilmişdir.[8] Heç bir hemorragik ağırlaşma olmadan tədqiqatçı xəstəliyin hərarətli fazasından sağalmışdır.

Bundibugyo ebolavirusu:

  • Qərbi Uqandanın Bundibugyo qəsəbəsində tək bir alovlanma zamanı 2007-ci ildə aşkar edilmişdir. Ayırd edilmiş virus Tai Forest ebolavirusu ilə uzaqdan əlaqəli olan fərqli növ kimi müəyyən edilmişdir.[9]

Reston ebolavirusu:

  • İlk dəfə olaraq 1989-cu ildə ABŞ-da Virciniya ştatı, Restonda ayırd edilmişdir ki, Filippindən idxal edilən Yava makaka meymunlarında aşkar edilmişdir. Yoluxmuş heyvanlar ilə təmasda olmuş bir neçə işçidə müsbət serologiyanın olduğu aşkar edilmiş, lakin heç bir kliniki simptom qeyd edilməmişdir. O vaxtdan bəri virus Filippində donuzlardan da ayırd edilmişdir.[10][11]

Digər filovirus infeksiyaları

Filoviridae virus ailəsinə: Ebola virusu, Marburq virusu və Cuevavirus aiddir. Marburq virusu bu qrupun insanlarda infeksiyaya səbəb olduğu bilinən digər yeganə üzvüdür. Yarasalardan ayırd edilmişdir və Ebola virusu infeksiyasına oxşar sindroma səbəb olur. Bir neçə alovlanma haqqında məlumat verilmişdir, adətən, mədənlər və ya mağaralarda heyvanlar ilə təmas ilə əlaqəlidir.[12]

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.