Son baxış: 25 Sentyabr 2020
Son yenilənmə: 20 Noyabr 2018

Giriş

Şərt
Təsvir

Konkret etiologiyadan asılı olmayaraq, okklüziya və ya beyin arteriyasının stenozu səbəbindən baş beynin qan təchizatı kəskin şəkildə azaldıqda, işemik insult baş verir. İşemik insultların az hissəsi serebral sinus və ya kortikal venaların trombozundan yaranır. İşemik insultla güclü əlaqəsi olan risk faktorlarına ahıl yaş, ailə anamnezi, hipertoniya,[1] siqaretçəkmə,[2] diabet,[3] qulaqcıqların fibrilyasiyası,[4] yanaşı ürək xəstəlikləri,[5] karotid arteriyanın stenozu[6][7][8]oraqvari hüceyrəli anemiya[9] və dislipiemiya aiddir.[10]

Karotid arteriyanın stenozu

İşemik insultların az hissəsinin səbəbidir. Güclü risk faktorlarına ahıl yaş, siqaretçəkmə və ürək-damar xəstəlikləri anamnezi aiddir.[11] Karotid arteriyanın əhəmiyyətli asimptomatik və mülayim və ya əhəmiyyətli simptomatik stenozu zamanı yuxu arteriyasının revaskulyarizasiyası gələcək insultun qarşısını alır.

Xəstədə tez keçən birtərəfli zəiflik və ya keyləşmə kimi səciyyəvi simptomlar, həmçinin, daha az hallarda görmə qabiliyyətinin birtərəfli itməsi, afaziya və ya başgicəllənmə müşahidə olunduqda, baş beynin işemiyasından şübhələnmək lazımdır. TİT beynin işemik xəstəliyinin erkən residivləri üçün əhəmiyyətli risk daşıyır. Əsas risk faktorlarına qulaqcıqların fibrilyasiyası, qapaq xəstəliyi, ürəyin durğunluq mənşəli çatışmazlığı, hipertoniya, diabet,[12]karotid stenoz,[13]siqaretçəkmə,[14]alkoqoldan sui-istifadə[15]və ahıl yaş aiddir. İkincili profilaktikanın qiymətləndirilməsi və başlanması dərhal həyata keçirilməlidir.

Beyindaxili qansızmaya beyin parenximasına qanaxma ilə müşayiət olunan damar cırılması səbəb olur. Hemorragik insultun dörddə üç hissəsi beyindaxili qansızma, qalan hissəsi isə subaraxnoidal qansızmalardır. Güclü risk faktorlarına ailə anamnezi, ahıl yaş,[16]hemofiliya, serebral amiloid angiopatiya, hipertenziya,[17]antikoaqulyasiya,[18][19] qadağan olunmuş simpatomimetik preparatların istifadəsi[20]damar çatışmazlığı[21] və Moyamoya sindromu aiddir.[22]

Beyin anevrizması

Subaraxnoidal qansızmaya gətirib çıxaran cırılma, baş verənə qədər, adətən, asimptomatik olur. Risk qrupları üçün qeyri-invaziv neyroangioqrafiya ilə skrininq tövsiyə olunur. Vacib risk faktorlarına siqaretçəkmə, orta-yüksək alkoqol istifadəsi,[23]ailə anamnezi, keçmişdə subaraxnoidal hemorragiya və irsi bağlayıcı toxuma xəstəlikləri aiddir.[24]

Subaraxnoidal hemorragiya

Subaraxnoidal boşluğa qansızma zamanı təxirəsalınmaz tibbi yardım. Qeyri-travmatik subaraxnoidal qansızmanın ən çox rast gələn səbəbi kəllədaxili anevrizmadır. Güclü risk faktorlarına hipertoniya, siqaretçəkmə, ailə anamnezi və böyrəklərin autosom-dominant polikistoz xəstəliyi aiddir.[25]

MüəlliflərHAMISINA BAX

BMJ Publishing Group

Açıqlamalar

This overview has been compiled using the information in existing sub-topics.

Bu məlumatların istifadəsi açıqlama məlumatları ilə tənzimlənir.